BAKI, AzerVoice
ABŞ-ın Massaçusets ştatında yaşlılara uzunmüddətli qulluq
göstərən "Gabriel House" adlı müəssisədə
yanğın baş verib.
AzerVoice xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Məlumata görə, yanğın nəticəsində bir neçə nəfər həlak olub, çoxsaylı insan yaralanıb. Hadisə Massaçusetsin Fol River şəhərində baş verib.
Massaçusets Yanğın İdarəsinin sözçüsü Ceyk Vork bildirib ki, bəzi xəstələrin vəziyyəti ilə bağlı əlavə məlumat əldə olunana qədər dəqiq ölüm sayı açıqlanmayacaq.
Vorkun sözlərinə görə, baş verən yanğına müdaxilə etmək üçün təxminən 50 yanğınsöndürən hadisə yerinə cəlb olunub. Yanğınsöndürənlər bir çox sakinləri xilas etsələr də, bir neçə nəfərin hadisə yerində öldüyü bildirilib. Digərləri isə xəstəxanaya yerləşdirilib.
Hadisənin səbəbləri ilə bağlı istintaq davam edir.