17
BAKI, AzerVoice
Kiyev sülh danışıqlarını davam etdirməyə hazır deyil.
AzerVoice xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Aydındır ki, Kiyev tələsmir. Biz hələ də vaxtla bağlı təklifləri gözləyirik”- deyə o qeyd edib.
Rusiya rəsmisi Moskvanın danışıqların üçüncü mərhələsinə tam hazır olduğunu və qarşı tərəfdən tarixlərin razılaşdırılmasını gözlədiklərini vurğulayıb.
Qeyd edək ki, bir neçə gün öncə Türkiyənin xarici işlər naziri Hakan Fidan da Rusiya–Ukrayna danışıqlarının ləngimə səbəbinə toxunaraq, Ukraynadan cavab gözlədiklərini bildirib.