Əsas səhifə » İzmirdə ardıcıl yanğınlar baş verir

İzmirdə ardıcıl yanğınlar baş verir

BAKI, AzerVoice

İzmirdə ardıcıl yanğınlar baş verir.

AzerVoice xəbər verir ki İzmirin Əliağa şəhərində dünən baş verən ot yanğını bir gecədə nəzarət altına alınsa da, Urlada meşə yanğınının söndürülməsi işləri hava qruplarının dəstəyi ilə davam edir.

Yanğın dünən yerli saatla 16:00 radələrində Urlanın Naipli məhəlləsindəki meşədə baş verib. Ərazidən tüstünü görən sakinləri dərhal meşə briqadalarına xəbər verib. Bölgəyə İzmir Meşə Regional Müdirliyindən 5 təyyarə, 16 helikopter, 47 su maşını, 33 su təchizatı maşını və su tankeri, 4 buldozer, 14 tikinti texnikası və 583 personal göndərilib.

Təyyarələr və helikopterlər gecə vaxtı əməliyyatları dayandırıb, quruda yanğınla mübarizə gecə boyu davam edib.

Havadan yanğınsöndürmə işlərinə səhər açıldıqdan sonra yenidən başlanılıb. Yanğının söndürülməsində 4 təyyarə, 13 helikopter, 34 su daşıyan maşın, 9 su tankeri və 3 buldozer iştirak edib.

Qeyd edək ki digər yanğın dünən axşam yerli saatla 21:00 radələrində Əliağanın Hacıömerli məhəlləsi yaxınlığındakı otluq ərazidə baş verib. Yanğın dünən axşam saatlarında nəzarətə alınıb.

Digər Kateqoriyalar

2025 © Azervoice