BAKI, AzerVoice
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan Ədalət və İnkişaf Partiyası (AK Partiyanın) 32-ci Məşvərət və Qiymətləndirmə Toplantısı çərçivəsində terrora qarşı mübarizə ilə bağlı mühüm açıqlama verib.
AzerVoice xəbər verir ki, Ərdoğan
bildirib ki, partiyanın əsas hədəfi ortaq ağıl və məşvərət yolu ilə
millətin gələcəyini formalaşdırmaqdır.
“Millətin ürəyindən doğan bir hərəkat olaraq AK Partiya qərarlarını
ortaq düşüncə ilə verir. Bu mübarək yürüş anaların ürək dağlayan
ağrılarının dinməsinə, övladların ümidlə böyüməsinə, terrorun
qaranlığının sona çatmasına və bir daha geri dönməyəcək bir
Türkiyənin qurulmasına xidmət edir”- deyə o bildirib.
Əminə Ərdoğan çıxışında toplantının millətin gələcəyi üçün faydalı olacağına inandığını vurğulayıb.
Qeyd edək ki, AK Partiyanın 32-ci Məşvərət və Qiymətləndirmə Toplantısı partiya rəsmilərinin iştirakı ilə keçirilib və ölkənin daxili təhlükəsizliyi, terrorla mübarizə, sosial və siyasi prioritetlər kimi mövzular müzakirə olunub.