BAKI, AzerVoice
Meksika hökuməti ABŞ-ın ölkəyə qarşı 30 faizlik gömrük rüsumları tətbiq edilməsi ilə bağlı qərarını ədalətsiz hesab edir və vəziyyətin nizamlanması ilə bağlı ABŞ tərəfi ilə danışıqlar aparır.
AzerVoice xəbər verir ki, bu barədə Meksika Xarici İşlər Nazirliyi və İqtisadiyyat Nazirliyinin Vaşinqtonda ABŞ rəsmiləri ilə keçirilmiş görüşünün yekunlarına dair birgə bəyanatında bildirilib.
“Təhlükəsizlik, miqrasiya, sərhədlər və su ehtiyatlarının idarə olunması, eləcə də iki ölkə arasında iqtisadi münasibətlər məsələləri müzakirə olunub. Bəyan edilib ki, ABŞ-ın ticarət siyasətində əsaslı dəyişiklik çərçivəsində bütün ölkələrə ABŞ prezidenti tərəfindən imzalanmış məktub göndəriləcək və həmin məktubda avqustun 1-dən etibarən yeni tariflərin tətbiq ediləcəyi bildirilib. Görüş zamanı biz bu tədbirləri ədalətsiz hesab etdiyimizi və onlarla razı olmadığımızı bəyan etdik” - deyə, bəyanatda qeyd olunub.