Əsas səhifə » PKK terror təşkilatı silahlarını buraxdı - Ərdoğan

PKK terror təşkilatı silahlarını buraxdı - Ərdoğan

BAKI,AzerVoice

Terror təşkilatı PKK dünən baş verən toplantı ilə silahlarını təhvil verdi.

AzerVoice xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti və AK Partiya sədri Rəcəb Tayyib Ərdoğan partiyanın toplantısında çıxışı zamanı deyib.

Ərdoğan, bu gün Ankarada keçirilən mətbuat konfransında PKK-nın silah buraxaraq özünü ləğv etməsini tarixi dönüş nöqtəsi kimi qiymətləndirib. O, İraq ərazisində aparılan antiterror əməliyyatları və Suriyada 8 dekabr inqilabının təsiri ilə terrora qarşı mübarizədə böyük üstünlük əldə olunduğunu bildirib.

Ərdoğan vurğulayıb ki, Milliyyətçi Hərəkat Partiyası (MHP) lideri Devlet Bahççelinin tarixi çağırışı ilə “Terrorsuz Türkiyə” layihəsi çərçivəsində mühüm addımlar atılıb. Təhlükəsizlik qurumlarının tam koordinasiya ilə işlədiyini bildirən Ərdoğab, prosesin çox həssas və diqqətli şəkildə aparıldığını qeyd edib.

“Bilindiyi kimi, terror təşkilatı İmralının da çağırışı ilə qurultay keçirdi və özünü ləğv etdiyini elan etdi. Dünən isə bu qərarı həyata keçirərək rəsmi mərasimlə silahlarını təhvil verdi. Beləliklə, dünəndən etibarən 47 illik terror belası sona çatma mərhələsinə qədəm qoyub,” – deyə Ərdoğan bildirib.

Ərdoğan çıxışı zamanı bəzi dairələrin terrorun sonlanmasından narahat olduqlarını bildirib. Onun sözlərinə görə, terrorun həm tərəfdarları, həm də guya əleyhdarları bu vəziyyətdən siyasi və maddi qazanc əldə ediblər.

“Bu qaranlıq çevrələr hazırda təşviş içindədirlər. Çünki artıq onların qapıları bağlanır, planları pozulur. Biz isə bilirik ki, xalqımız bu həqiqətləri gördükcə daha da güclənəcək”- deyə Türkiyə lideri vurğulayıb.

Digər Kateqoriyalar

2025 © Azervoice