7
BAKI, AzerVoice
İsrail Hərbi Hava Qüvvələri Livanın cənubuna hava zərbəsi endirib.
AzerVoice xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti bəyanat yayıb.
Bəyanata görə, zərbə Əl-Xiyam şəhərinin ətrafına endirilib. Zərbə “Hizbullah”ın hərbi qoluna aid üzvlərdən birini hədəf alıb. Zərbə nəticəsində həmin şəxs öldürülüb.
Ordu həmin şəxsin adını açıqlamayıb, lakin onun “Hizbullah”ın tank əleyhinə bölməsinin üzvü olduğunu qeyd edib.