Əsas səhifə » Medianın İnkişafı Agentliyi Belarus təyyarəsinin Rusiyanın hava məkanında vurulmasına dair yayılan açıqlamanı yalanlayıb

Medianın İnkişafı Agentliyi Belarus təyyarəsinin Rusiyanın hava məkanında vurulmasına dair yayılan açıqlamanı yalanlayıb

BAKI, AzerVoice

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi, bir sıra sosial şəbəkə hesablarında Azərbaycan Respublikasının müdafiə naziri və Azərbaycan Respublikasının xarici işlər naziri adından guya Belarus təyyarəsinin Rusiyanın hava məkanında vurulmasına dair “deep fake” texnologiyaları ilə hazırlanmış, heç bir reallığı əks etdirməyən açıqlamanı yalanlayıb.

AzerVoice xəbər verir ki, bu barədə agentliyin verdiyi açıqlamada deyilir.

Bildirilib ki, süni intellektin tətbiqi ilə yaradılmış bu saxta videogörüntülər ictimai rəyi çaşdırmağa yönəlmiş kobud informasiya manipulyasiyası nümunəsidir.

"Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi informasiyaya inanmağa, dövlətin rəsmi mövqeyini ifadə edən məlumatları ölkənin informasiya agentlikləri və digər peşəkar media subyektlərindən əldə etməyə çağırırıq. Azərbaycan vətəndaşlarını, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların, “deep feyk” texnologiyaları ilə məzmunyaratma tendensiyasının vüsət aldığı bir şəraitdə sayıq olmağa səsləyirik" - deyə, açıqlamada qeyd olunub.

Digər Kateqoriyalar

2025 © Azervoice