Əsas səhifə » İsrailin Livanın cənubuna etdiyi hava hücumunda suriyalı qaçqın ölüb

İsrailin Livanın cənubuna etdiyi hava hücumunda suriyalı qaçqın ölüb

BAKI, AzerVoice

İsrail Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus təyyarənin Livanın cənubundakı Əl-Xiyam şəhəri ətrafına etdiyi hava hücumu nəticəsində suriyalı qaçqın həlak olub.

AzerVoice xəbər verir ki, bu barədə məlumat Livan Səhiyyə Nazirliyi tərəfindən verilib.

“Düşmənə məxsus qırıcı Əl-Xiyam bölgəsində yerləşən və tərk edilmiş bir evə raket atıb. Həlak olan şəxs həmin evdə yaşayan Suriya vətəndaşı idi. Onun cəsədi yerli xilasedicilər tərəfindən dağıntılar altından tapılıb” - deyə, məlumatda bildirilib.

Bundan əvvəl İsrail ordusunun mətbuat xidməti Əl-Xiyam ətrafına hava zərbəsi endirildiyini və nəticədə “Hizbullah”ın tank əleyhinə müdafiəsinə cavabdeh olan sahə komandirinin öldürüldüyünü bildirmişdi.

Digər Kateqoriyalar

2025 © Azervoice