Əsas səhifə » Türk şirkətləri Pakistan sahillərində neft axtarışına başlayır

Türk şirkətləri Pakistan sahillərində neft axtarışına başlayır

BAKI, AzerVoice

Türkiyə şirkətləri Pakistan sahillərində neft və qaz axtaracaq.

AzerVoice xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan Pakistan sahillərində türk şirkətlərinin ilk dəfə olaraq neft və təbii qaz axtarışı aparacağını açıqlayıb.

Bu barədə o, Pakistanın paytaxtı İslamabadda keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.

Nazir Fidan bildirib ki, bu əməkdaşlıq Türkiyə Neft Şirkəti (TPAO) ilə Pakistanın milli neft şirkətləri arasında bu ilin aprelində imzalanmış razılaşmaya əsaslanır. “Bu razılaşma gələcəkdə enerji sektorunda daha strukturlaşdırılmış əməkdaşlığın əsasını qoyur,” – deyə Fidan vurğulayıb.

O, həmçinin Türkiyə və Pakistan arasında ortaq ticarət dövriyyəsinin 5 milyard dollara çatdırılması istiqamətində işlərin davam etdiyini və mədən, neft, təbii qaz və nadir torpaq elementləri sahələrində də əməkdaşlıq imkanlarının nəzərdən keçirildiyini bildirib.

Qeyd edək ki, bu kəşfiyyat fəaliyyəti Türkiyənin Pakistan sahillərində enerji resurslarının araşdırılmasında ilk təcrübəsi olacaq və iki ölkə arasında strateji enerji əməkdaşlığına yeni dinamika qazandıracaq.

Digər Kateqoriyalar

2025 © Azervoice