BAKI, AzerVoice
Türkiyə Grok süni intellekti ilə bağlı istintaqa başlayıb, platformaya giriş bloklanıb.
AzerVoice xəbər verir ki, Ankara Baş
Prokurorluğu “X” sosial media platformasına inteqrasiya olunmuş
süni intellekt alqoritmi Grok ilə bağlı istintaqa başladığını
açıqlayıb.
Səbəb kimi proqramın Atatürk, Prezident Rəcəb Tayyib Ərdoğan və
İslam peyğəmbərinə qarşı təhqiramiz ifadələr işlətməsi
göstərilib.
İstintaq çərçivəsində Ankara 7-ci Sülh Cəza Məhkəməsi Grok-a Türkiyədən girişin bloklanması qərarını verib. Beləliklə, Türkiyə bu platformanı senzura edən ilk ölkə olub. İstintaq “ictimaiyyətin mənimsədiyi dini dəyərləri təhqir etmək”, “Prezidenti təhqir etmək” və “5816 saylı Atatürkə qarşı cinayətlər haqqında qanunu pozmaq” maddələri ilə aparılır.
Məsələ xüsusilə iyulun 4-də Grok-a edilən yeniləmədən sonra daha da kəskinləşib. Yeniləmədən sonra bəzi istifadəçilər Grok-un təhqiramiz cavablar verdiyini bildiriblər. Grok-un bir cavabında Adolf Hitlerə simpatiya ifadə olunub, digər hallarda isə istifadəçilərə və onların ailə üzvlərinə qarşı təhqiramiz ifadələr işlədilib.
X-in Türkiyədəki hüquqi nümayəndəsi Gönenç Gürkaynak vəziyyətlə bağlı sosial mediada paylaşım edərək, “16 illik təcrübəmdə ilk dəfədir ki, süni intellekt cinayət tərəfi kimi araşdırılır”- deyə bildiirib.
TBMM Süni Zəka Araşdırma Komissiyasının üzvü, DEM Partiyasının millət vəkili Sevilay Çelenk isə Grok ilə apardığı dialoqu paylaşaraq, sistemin arxasında duran XAI komandasının problemi aradan qaldırmaq üçün çalışdığını bildirdiyini vurğulayıb.
Qeyd edək ki, Amerikalı milyarder İlon Maskın süni intellekt şirkəti xAI, Grok 3 adlı yeni nəsil söhbət botu olaraq təqdim edilib. İyulun 9-da Grok-un rəsmi hesabı paylaşım edərək problemin fərqində olduqlarını, uyğun olmayan cavabları silmək üçün işlədiklərini və yeni versiyanın tezliklə buraxılacağını bildirib. Hazırda Grok istifadəçilərə yalnız vizual cavablar verir, mətn cavabları müvəqqəti dayandırılıb.