BAKI, AzerVoice
Şəhidlərimizlə bağlı hadisə hərtərəfli araşdırılacaq.
AzerVoice xəbər verir ki, Türkiyənin
Milli Müdafiə naziri Yaşar Gülər "Pəncə-Kilid" əməliyyatı
bölgəsində 12 əsgərin şəhid olması ilə nəticələnən hadisənin bütün
detalları ilə araşdırılacağını açıqlayıb.
Nazir bildirib ki, hadisə ilə bağlı inzibati istintaq artıq
başlayıb.
Nazir Gülər Hakkaridə keçirilən vida mərasimindən sonra Baş Qərargah rəisi və ordu komandanları ilə birlikdə Yüksekova 3-cü Piyada Diviziyasına baş çəkib. Burada etdiyi çıxışında bildirib ki, komandolar 2022-ci ildə şəhid olan bir hərbçinin cəsədinə çatmaq üçün mağarada axtarış apararkən metan və karbonmonoksit qazına məruz qalıblar.
"Bu ağrılı hadisə nəticəsində 12 qəhrəman əsgərimiz şəhid olub. Onların göstərdiyi fədakarlıq Türk ordusunun tarixinə misilsiz nümunə kimi yazılacaq", – deyə Gülər bildirib.
Qeyd olunub ki, hadisə zamanı AFAD və Türk Kömür Müəssisələri ilə koordinasiyalı xilasetmə əməliyyatları həyata keçirilib. Nazir şəhidlərin ailələrinə və Türk xalqına başsağlığı verib.