Əsas səhifə » Belqraddan Zürixə uçan təyyarə təcili eniş edib

Belqraddan Zürixə uçan təyyarə təcili eniş edib

BAKI, AzerVoice

Belqrad–Zürix marşrutu üzrə uçan "Swiss International Airlines" şirkətinə məxsus "Airbus A220-300" tipli sərnişin təyyarəsi Almaniyanın cənubunda, Boden gölü yaxınlığında təcili eniş edib.

AzerVoice xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Şirkət nümayəndələri bildiriblər ki, qərar təyyarədə yaranan texniki nasazlıqlar və təyyarənin arxa hissəsində çıxan tüstü səbəbilə verilib.

Uçuş heyəti ən yaxın hava limanına eniş etməyə qərar verib və təyyarə Fridrixshafen hava limanına yönləndirilib. Eniş itkisiz başa çatıb, sərnişinlər adi traplarla təyyarəni tərk ediblər. Hadisə yerinə tibbi heyət cəlb olunub, sərnişinlərin Zürixə daşınması üçün avtobuslar təşkil olunub.

Digər Kateqoriyalar

2025 © Azervoice