BAKI, AzerVoice
İran Prezidenti Məsud Pezeşkiyan, İsrailin ona qarşı sui-qəsd cəhdi etdiyini iddia edib.
AzerVoice xəbər verir ki, Pezeşkiyan bu barədə ABŞ-lı jurnalist Taker Karlsona verdiyi müsahibədə danışıb.
Tanınmış aparıcının "İsrail sizi öldürməyə çalışdı mı?" sualını cavablandıran Pezeşkiyan, “Bəli, cəhd etdilər, amma uğursuz oldular” deyə bildirib. Onun sözlərinə görə, bu sui-qəsd cəhdi bir görüş zamanı həyata keçirilməyə çalışılıb.
“Toplantıdaydım, toplantının keçirildiyi sahəni bombalamaq istədilər. Lakin məqsədlərinə çata bilmədilər” – deyə İran prezidenti əlavə edib.
Pezeşkiyan müsahibəsində həmçinin qeyd edib ki, bu hücumun arxasında ABŞ deyil, birbaşa İsrail dayanıb.
“Mənim həyatıma yönələn bu cəhdin arxasında Amerika yox idi. Bu, İsrailin planı idi”, – deyə o vurğulayıb.
Fransanın AFP agentliyi də Pezeşkiyanın bu açıqlamalarını təcili xəbər statusu ilə yayıb. Lakin İran Prezidenti hücumun konkret olaraq İsraillə 12 gün davam edən son müharibə zamanı həyata keçirilib-keçirilmədiyinə dair əlavə təfərrüat verməyib.