Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Nüvə obyektlərinə hücum edəcəyimizdən İranın xəbəri yox idi - Tramp

    28 İyun 2025 18:37
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    ABŞ prezidenti Donald Tramp bildirib ki, İran hakimiyyəti ABŞ ordusunun Tehranın nüvə obyektlərinə hücum planından son ana qədər xəbərsiz olub.

    AzerVoice xəbər verir ki, Tramp bu brədə "Fox News" telekanalına verdiyi müsahibəsində danışıb.

    “Biz onları xüsusi olaraq xəbərdar etmədik, onlar son ana qədər bizim hücum edəcəyimizi bilmirdilər” - deyə, Tramp vurğulayıb.

    O, həmçinin qeyd edib ki, İranın hücumdan əvvəl nüvə obyektlərindən uran ehtiyatlarını çıxarması mümkün deyildi.

    Tramp əlavə edib ki, heç kim ABŞ-ın Fordo nüvə obyektinə hücum edəcəyini təsəvvür etmirdi, çünki hamı onun keçilməz olduğunu düşünürdü.

    Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib.

    Bu hücumlara cavab olaraq isə İran Ordusu İsrailə qarşı "Doğru vəd III" adlı əməliyyat keçirib. Təl-Əviv, Qüds və digər bölgələrə yüzlərlə ballistik raket buraxılıb.

    ABŞ isə münaqişənin gərginləşməsindən doqquz gün sonra – 22 iyun gecəsi İrandakı üç nüvə obyektinə hücum etməklə münaqişəyə qoşulub. 23 iyun axşamı İran ABŞ-ın Qətərdə yerləşən və Yaxın Şərqin ən böyük Amerika bazası olan Əl-Udeyd bazasına raket zərbəsi endirib. ABŞ hakimiyyət orqanlarının verdiyi məlumata görə, hücum nəticəsində itki və ya ciddi dağıntı qeydə alınmayıb.

    İyunun 24-də ABŞ prezidenti Donald Tramp İsrail və İranın tam atəşkəsin qüvvəyə mindiyini bəyan edib. İsrail tərəfi də ABŞ-ın atəşkəs təklifini qəbul etdiyini və qarşıya qoyulan bütün məqsədlərə nail olunduğunu bildirib.

    #İsrail #İran #ABŞ #Donald Tramp #İsrail-İran münaqişəsi #İranın nüvə obyektləri #Nətənz nüvə obyekti #Fordo nüvə obyekti
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Ukrayna qoşunların təmas xəttində atəşkəsin tərəfdarıdır - Zelenski

    14 Dekabr 2025 18:54

    İran AEBA ilə lazım olduğu halda müxtəlif səviyyələrdə danışıqlar apara bilər – Bəqai

    14 Dekabr 2025 16:01

    Türkiyədən İrana sement ixracı azalıb (ÖZƏL)

    14 Dekabr 2025 12:00

    Tramp Suriyada ABŞ hərbçilərinin öldürülməsinə münasibət bildirib

    14 Dekabr 2025 10:01

    ABŞ ilə 100 milyard dollarlıq ticarət hədəfi üçün işlər davam edir - Ömər Bolat

    13 Dekabr 2025 15:55

    ABŞ prezidentinin yeni “Air Force One” təyyarəsinin təhvili gecikir

    13 Dekabr 2025 15:39

    Ərdoğan Qara Dənizdə gəmilərə edilən hücumlara münasibət bildirib

    13 Dekabr 2025 15:10

    Trampın xüsusi nümayəndəsi Ukrayna və Avropa liderləri ilə görüşəcək

    13 Dekabr 2025 14:42

    İran Oman dənizində 6 milyon litr yanacaq daşıyan tankeri ələ keçirib

    13 Dekabr 2025 14:15

    Tailand və Kamboca rəhbərliyi atəşkəsə razılaşıb - Tramp

    13 Dekabr 2025 12:44

    Qazaxıstan və Türkmənistana etdiyim son səfərlər müsbət və konstruktiv nəticələr verdi - Pezeşkian

    13 Dekabr 2025 11:59

    Türkiyədən İrana dəri ixracı 3 milyon dolları keçib (ÖZƏL)

    13 Dekabr 2025 11:17
    Demo
    XƏBƏR LENTİ

    Tarixdə bu gün – 16 Dekabr

    Türkiyənin hava məkanını pozan PUA F-16-lar tərəfindən zərərsizləşdirilib

    İsrail hərbçiləri İordan çayının qərb sahilində fələstinli yeniyetməni güllələyib

    Ayrı-seçkiliyi hədəf alan siyasət qəbuledilməzdir - Ərdoğan

    Netanyahu Barakın Türkiyənin Qəzzada iştirakını dəstəkləməsindən narahatdır

    Mehmet Akif Ersoyun test nəticələrində narkotik aşkar edilib

    İsrailin Suriyadakı hərbi reydləri bufer zona xəttini genişləndirir

    Ciddə hava limanı 2025-ci ildə 50 milyon sərnişinlə rekord göstəriciyə çatıb

    İraq seçkilərinin nəticələri Ali Federal Məhkəmə tərəfindən təsdiqlənib

    Tunisdə miqrantlara yardımda ittiham olunan QHT əməkdaşları hakim qarşısına çıxarılıb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.