Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türkiyə

    İranın suverenliyinə yönələn hücumları qəbul etmirik - Ərdoğan

    23 İyun 2025 17:02
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    İranın suverenliyinə və bölgəmizin təhlükəsizliyinə yönəlmiş hücumları kim tərəfindən gəlirsə gəlsin əsla təsdiqləmirik və mövqeyimizi açıq şəkildə ortaya qoyuruq.

    AzerVoice xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İsrail və onun müttəfiqlərinin İrana qarşı hərbi hücumlarına münasibət bildirib.

    Prezident Ərdoğan çıxışında bölgədəki gərginliklərə və Türkiyənin diplomatik mövqeyinə də toxunub.

    O bildirib ki, Türkiyə bir tərəfdən 6 fevral zəlzələsinin yaralarını sarmaq üçün çalışır, digər tərəfdən isə regiondakı münaqişə və böhranları sabitlik yolu ilə idarə etməyə səy göstərir.

    “3,5 ildir davam edən Rusiya–Ukrayna müharibəsinin ölkəmizə yayılmasına imkan vermədik. 7 oktyabr 2023-dən bəri davam edən Qəzza soyqırımında isə İsrailə qarşı ən açıq və qəti mövqe sərgiləyən ölkələrdən biri olduq. Soyqırımçı İsraillə bütün ticarət əməliyyatlarını dayandıraraq ümumilikdə 9 milyard dollar məbləğindən imtina etdik”- deyə o bildirib.

    Ərdoğan çıxışının sonunda İsrail və onun tərəfdarlarının İrana qarşı son hücumlarına toxunaraq bu hücumların bölgədə daha genişmiqyaslı bir fəlakətə çevrilməsinin qarşısını almaq üçün ciddi səylər göstərdiklərini bildirib.

    “İranın suverenliyinə və bölgənin təhlükəsizliyinə yönəlmiş hücumları istər ABŞ-dən, istər İsraildən, istərsə də hər hansı başqa qüvvədən gəlsin, qəbul etməyəcəyik və reaksiyamızı açıq şəkildə ortaya qoymağa davam edəcəyik”- deyə Ərdoğan vurğulayıb.

    #Türkiyə #İsrail #Rəcəb Tayyib Ərdoğan #İran #ABŞ #Tel-Əviv #Ankara #Tehran #Vaşinqton #İran İsrail münasibətləri #İsrail İran hücumu 2025
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Zelenski ABŞ-ın şərtlərinə etiraz etdi

    16 Fevral 2026 17:21

    SEPAH Hörmüz boğazında təlimlər keçir

    16 Fevral 2026 17:09

    Özbəkistan prezidenti ABŞ-a səfər edəcək

    16 Fevral 2026 16:26

    İstanbulda “Türk Bərpa və Konservasiya Laboratoriyaları Şəbəkəsi” proqramı başa çatıb

    16 Fevral 2026 15:37

    Türkiyə ilə Liviya arasında təhlükəsizlik əməkdaşlığı müzakirə olunub

    16 Fevral 2026 14:39

    İsrail təhlükəsizlik tədbirlərini sərtləşdirib

    16 Fevral 2026 14:14

    Türkiyənin ədliyyə naziri Fələstinlə bağlı mövqeyini açıqlayıb

    16 Fevral 2026 13:52

    Qalatasaray Çempionlar Liqasında Yuventusu qəbul edəcək

    16 Fevral 2026 13:29

    Tehran ədalətli nüvə danışıqlarına hazırdır - Laricani

    16 Fevral 2026 12:42

    Rusiya Finlandiya sərhədi boyunca yeni hərbi obyektlər qurur - Helsinki

    16 Fevral 2026 11:53

    İsrailin addımı sülh səylərinə zərbə vurur - Səudiyyə XİN

    16 Fevral 2026 11:42

    Əraqçi Cenevrəyə gedib: İran–ABŞ dolayı danışıqlarının növbəti raundu keçiriləcək

    16 Fevral 2026 10:57
    XƏBƏR LENTİ

    Yüz il əvvəl bu gün Türkiyədə Türk Mədəni Qanunu qəbul edildi

    Qafqaz Müsəlmanları İdarəsində Qərbi Azərbaycan İcması ilə birgə konfrans keçirilib

    Kosovonun Müstəqilliyi, Türkiyədə Hüquq İnqilabı və Liviyanın Qəzəb Günü: 17 Fevral Dosyesi

    Qafqaz Müsəlmanları İdarəsində Qərbi Azərbaycan İcması ilə görüş keçirilib

    ABŞ nüvə məsələsində "daha real" mövqe nümayiş etdirir - Tehran

    İran Hörmüz boğazında hərbi təlimlərə başlayıb

    Fələstinli məhbusların təhqir olunması ilə bağlı İsrail nazirinə qarşı ittihamlar irəli sürülüb

    Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Serbiyaya səfərindən görüntülər paylaşılıb

    İsrail F-35I qırıcılarının uçuş məsafəsini artırdığını bəyan edib

    Azərbaycan və Serbiya gələcək əməkdaşlıq planlarını şaxələndirir - Sevil Mikayılova

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.