Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türkiyə

    AJet 14 yeni nəsil təyyarə üçün icarə müqaviləsi imzalayıb

    18 İyun 2025 12:18
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    AJet 14 yeni nəsil təyyarə üçün müqavilə imzalayıb.

    AzerVoice xəbər verir ki, Türkiyənin ən gənc hava yolu şirkəti AJet Paris Aviasiya Sərgisində 14 ədəd Airbus A321neo təyyarəsinin icarəsi üçün Avolon və Carlyle Aviation Partners şirkətləri ilə müqavilə imzalayıb.

    Yeni nəsil təyyarələr 2026-cı ildən etibarən AJet donanmasına daxil olacaq.

    İmzalanma mərasimində Türk Hava Yolları və AJet-in İdarə Heyətinin sədri Ahmet Bolat və tərəfdaş şirkətlərin yüksək vəzifəli rəhbərləri iştirak ediblər. Müqaviləyə əsasən, 10 təyyarə Avolon, 4 təyyarə isə Carlyle Aviation Partners tərəfindən təmin ediləcək.təyyarə

    Ahmet Bolat bildirib ki, AJet-in davamlı böyümə vizyonuna uyğun olaraq atılan bu addım həm şirkətin gənc və ətraf mühitə uyğun donanmasının formalaşmasına, həm də sərnişin məmnuniyyətinin artırılmasına xidmət edəcək. Onun sözlərinə görə, bu təyyarələr istər əməliyyat səmərəliliyi, istərsə də ekoloji davamlılıq baxımından strateji əhəmiyyət daşıyır.

    Yeni Airbus A321neo-lar əvvəlki modellərlə müqayisədə 20% az yanacaq sərf edir və 50% daha az səs-küy yaradır. Təyyarələrin karbon emissiyası da 20% aşağıdır. Bu təyyarələr maksimum 244 sərnişin tutumuna və 7400 km uçuş məsafəsinə malikdir.

    Qeyd edək ki, AJet Türk Hava Yolları tərəfindən qurulan və sərfəli qiymət strategiyası ilə fəaliyyət göstərən törəmə aviaşirkətdir. Şirkət qısa müddətdə regionda rəqabətə davamlı hava yolu daşıyıcısına çevrilməyi hədəfləyir.

    #Türkiyə #Türk Hava Yolları (THY) #Aviasiya təhlükəsizliyi #Türk aviasiya sənayesi #Aviasiya sektoru #AJet hava yolları
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qırmızı bülletenlə axtarılan şəxslər Türkiyəyə gətirildi

    28 Yanvar 2026 12:16

    Hindistanda təyyarə qəzası - Baş nazirin müavini həlak olub

    28 Yanvar 2026 11:40

    Türkiyənin ticarət naziri Türkmənistana gedəcək

    28 Yanvar 2026 11:14

    Türkiyədə FETÖ əməliyyatları - 82 nəfər həbs edilib

    28 Yanvar 2026 09:48

    Türkiyə ilə Nigeriya strateji tərəfdaşlığı gücləndirir

    27 Yanvar 2026 21:47

    Suriyanın sərvətləri terrora yox, xalqın rifahına xidmət etməlidir - Ərdoğan

    27 Yanvar 2026 19:29

    Nigeriyadan Türkiyəyə tarixi səfər: XİN rəhbərləri Ankarada bir araya gəldi

    26 Yanvar 2026 14:27

    Türkiyədə zəlzələ baş verdi

    25 Yanvar 2026 22:25

    Bayraktar, Liviya baş naziri ilə görüşüb

    24 Yanvar 2026 16:48

    "Qalatasaray" La Liqadan futbolçu transfer edir

    24 Yanvar 2026 12:15

    Alət təhlükəyə çevriləndə: ABŞ niyə kürd amilini kənara çəkdi?

    22 Yanvar 2026 12:24

    Yunanıstan Türkiyə sərhədini İsrail raketləri ilə qorumağa hazırlaşır

    22 Yanvar 2026 09:45
    Demo
    XƏBƏR LENTİ

    Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov Milli Əlyazmalar İnstitutunun direktoru ilə görüşüb

    Osmanlı dövləti nə vaxt quruldu? 1299 mübahisəsi və yeni yanaşmalar

    Postmüharibə dövründə 29 min şəhid ailəsi üzvü və müharibə iştirakçısı məşğulluq tədbirlərinə cəlb edilib

    ARDNF-nin 2025-ci il üzrə gəlir və xərcləri açıqlanıb

    ABŞ-ın Venesuela əməliyyatında istifadə etdiyi gizli silahın detalları açıqlanıb

    Keçən il Türkiyədən İrana mebel ixracı 283 milyon dolları keçib (ÖZƏL)

    Qəzzada Fələstin dövlətinin yaradılmasına icazə verilməyəcək - Netanyahu

    Ombudsmana yeni səlahiyyət veriləcək

    Vyetnamdan Rusiyaya uçan təyyarə məcburi eniş edib

    Azərbaycan “Gulfood 2026” beynəlxalq sərgisində milli stendlə təmsil olunur

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.