BAKI, AzerVoice
Türkiyənin Yaxın Şərq Texniki Universitetinin (ODTÜ) rəhbərliyi ilə Çin ilə əməkdaşlıq çərçivəsində hazırlanan "CHERI" adlı iki kəşfiyyat aparatı Ayın cənub qütbündə çətin səth şəraitində fəaliyyət göstərəcək.
AzerVoice-un məlumatına görə, ıayihə çərçivəsində ODTÜ-nün ROMER (Robot və Süni İntellekt Texnologiyaları Araşdırma və Tətbiq Mərkəzi) tərəfindən hazırlanacaq "CHERI" adlı iki mikro kəşfiyyat robotu qarşılıqlı əlaqədə çalışaraq Ayın cənub qütbündə elmi məlumat toplayacaq, analizlər edəcək və süni intellekt dəstəyi ilə öz marşrutunu avtonom şəkildə müəyyənləşdirərək üçölçülü xəritələndirmə aparacaq.
Təxminən 5 kiloqram çəkidə olması nəzərdə tutulan aparatların 2028-ci ilin sonunda Ayın cənub qütbünə göndərilməsi planlaşdırılır. Bu missiya ilə birlikdə Türkiyə Ayın cənub qütbünə kəşfiyyat aparatı göndərən 6-cı ölkə, eyni anda iki kəşfiyyat aparatı göndərən ilk ölkə olacaq.
Layihə rəhbəri Dosent Dr. Halil Ərsin Söken vurğulayıb ki, hazırda Ayın cənub qütbündə fəaliyyət göstərə bilən heç bir rover yoxdur.
"Biz bunu bacaran ilk ölkə olmaq istəyirik" - deyə Söken qeyd edib.