29
BAKI, AzerVoice
Hindistanın şimal-şərqində güclü yağışlar nəticəsində hərbi düşərgənin üzərinə torpaq sürüşməsi baş verib.
AzerVoice xəbər verir ki, hadisə nəticəsində azı üç nəfər ölüb, 6 nəfər isə itkin düşüb.
Hindistan Müdafiə Nazirliyinin verdiyi məlumata görə, dağıntılar altından dörd əsgər xilas edilib, itkin düşənlərin axtarışları isə davam etdirilir.
Bölgədə yağan yağışlar Teesta çayının daşmasına səbəb olub. Nəticədə dağlıq ərazilərdə mindən çox turist yolda qalıb. Hakimiyyət orqanları insanları fəlakət zonasından təxliyə etmək üçün hərbçilərin köməyindən istifadə edib.