Əsas səhifə » Türkiyə 2025-ci ildə 41 milyon barrel neft ehtiyatı kəşf edib

Türkiyə 2025-ci ildə 41 milyon barrel neft ehtiyatı kəşf edib

BAKI, AzerVoice

Türkiyə 2025-ci ildə 41 milyon barrel neft ehtiyatı kəşf edib.

AzerVoice xəbər verir ki, Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar 2025-ci il ərzində ölkədə ümumilikdə 41 milyon barrel həcmində yeni neft ehtiyatı aşkar olunduğunu bildirib.

Nazirin sözlərinə görə, kəşf edilən ehtiyatların 58 faizi Diyarbəkirdə yerləşir. Hədəf isə ilin sonuna qədər bu rəqəmi 100 milyon barrelə çatdırmaqdır. Bayraktar qeyd edib ki, yeni ehtiyatların təxmini dəyəri 2-3 milyard ABŞ dolları təşkil edir.

Nazir əlavə edib ki, Kabar nefti sayəsində Türkiyə xarici neftdən asılılığını azaltmaq yolunda irəliləyir və bölgədə gündəlik 750 barrel yüksək keyfiyyətli neft hasil olunur. Hasilatdan əldə edilən gəlirlər enerji subsidiyalarının maliyyələşdirilməsində istifadə olunur.

“Bu gün vətəndaşlarımızın təbii qaz və elektrik enerjisi xərclərinin böyük hissəsini dövlət qarşılayır. Enerji gəlirlərimiz bu dəstəyin davam etdirilməsi üçün əsas mənbədir,” – deyə Bayraktar bildirib.

O, həmçinin Türkiyənin ən yeni qazma gəmisi “Əbdülhəmid Han”ın Aralıq dənizində aparılan qazma işlərində ilk nəticəni verdiyini və Qara dənizdə, Rizə və Çayeli sahillərində yeni qazma planlarının olduğunu açıqlayıb.

Qeyd edək ki, nazir Göktepe-3 sahəsindəki tapıntının da yeni bir kəşf olduğunu və daha əvvəlki yataqlarla əlaqəsinin olmadığını bildirib.

Digər Kateqoriyalar

2025 © Azervoice