Əsas səhifə » Hakan Fidan Serbiyada rəsmi görüşlərə başlayıb

Hakan Fidan Serbiyada rəsmi görüşlərə başlayıb

BAKI, AzerVoice

Hakan Fidan Belqradda serbiyalı həmkarı Marko Đuriç ilə görüşüb.

AzerVoice xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan Serbiyanın paytaxtı Belqradda bu ölkənin xarici işlər naziri Marko Đuriç ilə bir araya gəlib.

Görüş zamanı iki ölkə arasında ikitərəfli əlaqələr, regional əməkdaşlıq və beynəlxalq gündəlikdəki məsələlər müzakirə edilib.

Qeyd edək ki, Hakan Fidan Serbiyada keçiriləcək diplomatik görüşlər və rəsmi proqramlar çərçivəsində bu ölkəyə səfər edib. Görüşlərin əsas məqsədi Balkan regionunda sabitliyin və əməkdaşlığın gücləndirilməsi olub.

Digər Kateqoriyalar

2025 © Azervoice