Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    AzerVoice təhlil mərkəzi

    Qətər və Oman İranı nüvə danışıqlarında mövqeyini yumşaltmağa razı salıb

    19 May 2025 18:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice / Analitik Təhlil Mərkəzi

    İranın paytaxtı Tehranda Qətər, Oman və İran xarici işlər nazirlərinin bazar günü keçirilən üçtərəfli görüşünün məqsədi İranın nüvə danışıqlarında mövqeyini yumşaltması üçün təzyiq göstərmək ola bilər. Siyasi müşahidəçilər bu görüşün dostcasına ab-hava ilə keçməsinə baxmayaraq, ABŞ başda olmaqla beynəlxalq tərəflər adından Qətər və Oman tərəfindən dolayı yolla təzyiq mesajlarının çatdırıldığı ehtimalını istisna etmirlər.

    Məlumatlara görə, görüş bəzi Körfəz ölkələrinin təşəbbüsü və İranın ehtiyatlı razılığı ilə baş tutub. Bu da İranı uranın zənginləşdirilmə səviyyəsini artırmaq planlarından daşındırmaq üçün atılan yeni diplomatik addım kimi qiymətləndirilir.

    İddiaya görə, Qətər və Oman vasitəsilə İrana uranın zənginləşdirilməsinin dayandırılması və ya azaldılması müqabilində iqtisadi və təhlükəsizlik təşviqlərini əhatə edən beynəlxalq təklif təqdim edilib. ABŞ isə İranın zənginləşdirməni tamamilə dayandırmasını əsas şərt kimi irəli sürür. Məhz bu tələb, yeni nüvə razılaşmasının qarşısında ən ciddi maneə olaraq qalır.

    ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Stiv Uitkof bazar günü verdiyi açıqlamada, Vaşinqtonun “heç bir zənginləşdirməyə icazə verilməməsi” prinsipindən geri çəkilməyəcəyini bəyan edib: “Bu, qırmızı xətdir. Hətta 1 faiz belə qəbulolunmazdır. Zənginləşdirmə silahlanma imkanı yaradır və buna icazə verməyəcəyik,” – deyə o, ABC-yə müsahibəsində bildirib.

    İran isə bu açıqlamaya dərhal reaksiya verərək, xarici işlər nazirinin müavini Abbas Əraqçinin sözlərini yayımlayıb: “Bu qeyri-realist gözləntilər danışıqları tıxayır. Zənginləşdirmə İranda dayandırıla biləcək bir proses deyil.” O, Uitkofun mövqeyini reallıqdan uzaq adlandırıb və zənginləşdirmənin davam edəcəyini bildirib.

    Bununla belə, tərəflərin yaxın günlərdə Avropada yeni bir görüş keçirməyə hazırlaşdıqları bildirilir. Uitkof qarşıdan gələn danışıqlardan nikbin olduğunu deyərək “bu, real irəliləyişə gətirib çıxara bilər” fikrini səsləndirib.

    Qətər, İran və Oman xarici işlər nazirlərinin Tehranda keçirilən görüşü, “Tehran Dialoq Forumu” çərçivəsində baş tutub. Görüşdə Omanın xarici işlər naziri Bədr əl-Busaidi, İranın xarici işlər nazirinin müavini Abbas Əraqçi və Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Tani iştirak ediblər. Görüşdə Vaşinqtonla Tehran arasında aparılan nüvə danışıqlarının son vəziyyəti və müzakirələrin irəlilədilməsi üçün diplomatik səylərin davam etdirilməsinin vacibliyi vurğulanıb.

    Nazirlər, Qətərin təşəbbüsünü və səyləri yüksək qiymətləndirib, regionda və beynəlxalq miqyasda təhlükəsizlik və sabitliyin bərpası üçün koordinasiyalı səylərin vacibliyinə diqqət çəkiblər.

    Xatırladaq ki, İranla ABŞ arasında son dördüncü görüş mayın 11-də Oman Sultanlığında keçirilib. Tehran həmin görüşü “çətin, lakin faydalı,” Vaşinqton isə “təqdirəlayiq və ümidverici” kimi dəyərləndirmişdi.

    Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp 2015-ci ildə əldə olunmuş nüvə sazişindən 2018-ci ildə çıxaraq İrana qarşı sərt sanksiyalar tətbiq etmişdi. Hazırda tərəflər həmin razılaşmanı fərqli şərtlərlə bərpa etməyə çalışırlar.

    #İran sanksiyaları #İran nüvə proqramı #İranın uran zənginləşdirməsi #İranın uran zənginləşdirmə siyasəti #Qətər və Oman diplomatik missiyası #Tehran nüvə danışıqları #Uran zənginləşdirmə mübahisəsi #Tehran Dialoq Forumu #Stiv Uitkof İran açıqlaması #Abbas Əraqçi mövqeyi #Körfəz ölkələrinin vasitəçiliyi #Donald Tramp və İran sanksiyaları #Oman və Qətərin regional rolu #Beynəlxalq nüvə təzyiqləri #Nüvə danışıqlarında son vəziyyət
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İran raket proqramı üzrə danışıqlara getməyəcək - Əraqçi

    7 Fevral 2026 14:51

    Berlin-Tehran gərginliyi - İran XİN rəhbəri Mertsin İran siyasətini tənqid etdi

    5 Fevral 2026 10:16

    İran zənginləşdirilmiş urandan imtina etmək niyyətində deyil - Şamxani

    3 Fevral 2026 11:52

    Hər cür hücuma cavab sürətli və genişmiqyaslı olacaq - İran

    3 Yanvar 2026 09:25

    İran nüvə proqramını davam etdirəcək və MAQATE çərçivələrinə riayət edəcək

    9 Dekabr 2025 14:34

    ABŞ və İsrailin hərbi addımları beynəlxalq hüququ zəiflədir – Əraqçi

    2 Dekabr 2025 11:39

    ABŞ-la danışıqlar dayandırılıb, Vaşinqton real iradə nümayiş etdirmir - İran XİN

    27 Noyabr 2025 13:04

    ABŞ və Avropa təzyiqi ilə qəbul edilən qətnamə hüquqa ziddir - İran XİN

    21 Noyabr 2025 12:56

    İran MAQATE ilə nüvə əməkdaşlığını dayandırıb

    20 Noyabr 2025 17:50

    ABŞ şərtlərimizi qəbul edərsə, danışıqlara hazırıq - İran

    19 Noyabr 2025 15:38

    Hücumlar səbəbilə uranyum zənginləşdirmə tamamilə dayandırılıb- İran

    18 Noyabr 2025 14:33

    Təhdid və təzyiqlər qarşısında geri çəkilməyəcəyik - İran

    15 Noyabr 2025 09:56
    XƏBƏR LENTİ

    Suriyadakı inkişafları yaxından izləyirik - Türkiyə MN

    DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yayımladı

    Türkiyənin Qazaxıstana kimyəvi maddə ixracı yanvar ayında 14,8 faiz azalıb (ÖZƏL)

    Suriya Səudiyyə Ərəbistanı ilə münasibətlərin möhkəmliyini bir daha təsdiqlədi

    ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevə məktub ünvanlayıb

    BP-Azerbaijan hesabat yaydı: Şahdənizdə qaz hasilatı 3,6 faiz azalıb

    İslam dünyası nəqliyyatla strateji gücə çevrilə bilər - Ərdoğan

    Lökbatan sakinlərinə müjdə: 206 nömrəli marşrut üzrə müasir avtobuslar xəttə buraxıldı

    DSMF-nin gəlirləri yanvarda 755 milyon manata çatdı: Proqnoz 26 faiz üstələndi

    Ağalı sakinlərinin nəzərinə: Əkin üçün torpaq müraciətlərinin qəbuluna başlanılır

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.