Əsas səhifə » Pezeşkian Omana səfər edəcək

Pezeşkian Omana səfər edəcək

BAKI, AzerVoice

İran prezidenti Məsud Pezeşkian önümüzdəki həftədə Omana rəsmi səfər edəcək.

AzerVoice xəbər verir ki, bu barədə İranın prezident administrasiyasının sözcüsü məlumat verib.

Məlumata görə, Pezeşkian Omanın paytaxtı Məsqətdə İran rəsmiləri ilə yüksək səviyyəli görüşlər keçirəcək.

İran Prezidentinin saytında yer alan məlumata görə, Pezeşkian bu səfərin ikitərəfli münasibətlərin inkişafı baxımından "qırılma nöqtəsi" ola biləcəyinə ümid etdiyini bildirib. O, Tehran–Məsqət əlaqələrini "nümunəvi" adlandıraraq, Oman Sultanı Heysəm bin Tariqin vasitəçilik rolunu səmimi və konstruktiv adlandırıb.

Digər Kateqoriyalar

2025 © Azervoice