BAKI, AzerVoice
Türkiyə Respublikasının Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyinin nəzdində fəaliyyət göstərən Kütləvi Mənzil İdarəsi (TOKİ) Ordu şəhərinin Çaybaşı rayonunda yerləşən Çınar məhəlləsində 53 mənzildən ibarət yeni yaşayış kompleksinin inşasına dair tender elan edib.
Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. İşin icra müddəti yer təhvilindən etibarən 450 təqvim günü təşkil edir.
Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;
- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.
Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:
- Tender təklifləri 12 iyun 2025-ci il tarixinə qədər "Bilkent Plaza B1 Blok 06800 Bilkent Çankaya/Ankara" ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir