Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türkiyə

    Avropa Parlamentinin Türkiyə Hesabatı qərəzli və ədalətsizdir - Numan Kurtulmuş

    9 May 2025 16:05
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Avropa Parlamenti Baş Assambleyasında qəbul edilən 2023–2024-cü illər üzrə Türkiyə Hesabatına sərt reaksiya verib.

    AzerVoice xəbər verir ki, TBMM sədri sosial media hesabında yaydığı açıqlamada hesabatın Türkiyəyə qarşı ön mühakimələrə və siyasi şərtlərə əsaslandığını bildirib. O, sənədi ədalətsiz ittihamlarla dolu və konstruktiv dialoqa töhfə verməkdən uzaq bir sənəd adlandırıb.

    “Hesabat müəssisələrimiz, xarici siyasətimiz və demokratik fəaliyyətimizə qarşı haqsız ittihamlarla doludur. Bu sənəd Türkiyə-Avropa İttifaqı münasibətlərində ortaq gələcəyə və dialoqa xidmət etmir,” – deyə Kurtulmuş vurğulayıb.

    O, Avropa İttifaqı ilə münasibətlərin qarşılıqlı etimada və ortaq maraqlara əsaslanan davamlı yanaşma tələb etdiyini bildirib: “9 May Avropa Günündə biz Avropanın təməl dəyərlərə sadiqliyini gözləyirik. Avropada artan ksenofobiya, islamofobiya və ikili standartlar isə bu dəyərlərə ziddir.”

    Sonda Kurtulmuş Avropa Parlamentini məsuliyyətli və realist mövqe sərgiləməyə, Türkiyə ilə AB arasında müsbət dialoq və əməkdaşlıq imkanlarını dəstəkləməyə çağırıb.

    #Numan Kurtulmuş #Türkiyə Böyük Millət Məclisi (TBMM) #Türkiyə - Avropa İttifaqı münasibətləri #Türkiyə Avropa Parlamenti hesabatı #2023–2024 Türkiyə hesabatı #Türkiyə demokratiyası və hüquqları #Avropa Parlamenti qərarı 2024
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Ərdoğan təhqirə məruz qalan qadın bələdiyyə sədrinə dəstək verib

    11 Fevral 2026 15:48

    Bayrağımıza uzanan əllərin hesabı soruşulacaq - Ərdoğan

    21 Yanvar 2026 14:49

    Türkiyədə bayrağa qarşı hücumla bağlı 14 nəfər saxlanılıb

    21 Yanvar 2026 14:15

    Dəməşqin təhlükəsizliyi Ankaranın təhlükəsizliyidir - Bahçeli

    20 Yanvar 2026 12:42

    SDQ qısa zamanda Suriyanın yeni idarəetməsinə inteqrasiya olunmalıdır - Kurtulmuş

    8 Yanvar 2026 15:21

    Türkiyədə 11-ci Məhkəmə Paketi qəbul olundu: 12 qanunda dəyişiklik nəzərdə tutulur

    5 Dekabr 2025 16:41

    Təyyarə qəzasının səbəbləri hərtərəfli araşdırılır - Ərdoğan

    19 Noyabr 2025 14:09

    Azərbaycan–Ermənistan sülh sazişi imzalanarsa, Türkiyə Ermənistanla normallaşmaya hazırdır - Hakan Fidan

    19 Noyabr 2025 09:18

    Bu il yarım milyon suriyalı ölkəsinə qayıdıb - Yerlikaya

    17 Noyabr 2025 20:04

    Türkiyə şəhid olan hərbçilərini son mənzilə yola salıb

    14 Noyabr 2025 20:23

    Milli Məclisin sədri Sahibə Qafarova TBMM sədri Numan Kurtulmuşa başsağlığı məktubu ünvanlayıb

    11 Noyabr 2025 20:14

    Türkiyənin Avropa İttifaqına üzvlüyü strateji əhəmiyyət daşıyır - Hakan Fidan

    7 Noyabr 2025 21:40
    XƏBƏR LENTİ

    DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yayımladı (VİDEO)

    Türkiyənin Qazaxıstana kimyəvi maddə ixracı yanvar ayında 14,8 faiz azalıb (ÖZƏL)

    Suriya Səudiyyə Ərəbistanı ilə münasibətlərin möhkəmliyini bir daha təsdiqlədi

    ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevə məktub ünvanlayıb

    BP-Azerbaijan hesabat yaydı: Şahdənizdə qaz hasilatı 3,6 faiz azalıb

    İslam dünyası nəqliyyatla strateji gücə çevrilə bilər - Ərdoğan

    Lökbatan sakinlərinə müjdə: 206 nömrəli marşrut üzrə müasir avtobuslar xəttə buraxıldı

    DSMF-nin gəlirləri yanvarda 755 milyon manata çatdı: Proqnoz 26 faiz üstələndi

    Ağalı sakinlərinin nəzərinə: Əkin üçün torpaq müraciətlərinin qəbuluna başlanılır

    Nottinqem Forest baş məşqçisi ilə yollarını ayırdı

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.