Əsas səhifə » Türkiyə Böyük Millət Məclisində “Terrorsuz Türkiyə” danışıqları davam edir

Türkiyə Böyük Millət Məclisində “Terrorsuz Türkiyə” danışıqları davam edir

BAKI, AzerVoice

Türkiyə Böyük Millət Məclisində “Terrorsuz Türkiyə” danışıqları davam edir.

AzerVoice xəbər verir ki, MİT direktoru İbrahim Kalın Türkiyə Böyük Millət Məclisində “Terrorsuz Türkiyə” prosesi ilə bağlı danışıqlarını davam etdirir. İbrahim Kalın bu gün İYİ Partiya və Yeni Yol Partiyası ilə görüşəcək.

Kalın dünən Milliyyətçi Hərəkat Partiyası(MHP) sədri Devlet Bahçeli, Ədalət və İnkişaf Partiyası (AK Partiya) və Demokrat Partiyası (DEM) qrupları ilə görüşüb. O, proseslə bağlı tərəfləri məlumatlandırıb.

İbrahim Kalın bu gün yerli saatla 15:00-da İyi Partiyasını ziyarət edəcək. O, daha sonra yerli saatla 16:00-da Yeni Yol Partiyası ilə görüşəcək.

Digər Kateqoriyalar

2025 © Azervoice