BAKI, AzerVoice
Türkiyə Böyük Millət Məclisində (TBMM) yaradılacaq “Terrorsuz Türkiyə” komissiyası ilə bağlı Cümhuriyyət Xalq Partiyası (CHP) iştirak qərarı verib.
AzerVoice xəbər verir ki, bu barədə CHP sədri Özgür Özel Silivridəki səfərlərindən sonra verdiyi açıqlamalarda bildirib. Komissiyada “keyfiyyətli çoxluq” prinsipinin qəbul edildiyini və buna görə də CHP-nin iştirak edəcəyini qeyd edib.
CHP Başqanı Özgür Özel jurnalistlər qarşısında çıxış edərək, TBMM sədri Numan Kurtulmuşun CHP Fraksiya rəhbəri Murat Emirə telefonla zəng etdiyini və komissiyada qərarların “nitelikli (keyfiyyətli) çoxluq” əsasında veriləcəyini bildirdiyini açıqlayıb. Bu zəngdən sonra partiyanın komissiyaya üzv olmağa qərar verdiyini deyən Özel, sabah 10 deputatın adlarını təqdim edəcəklərini bildirib.
Qeyd edək ki, Özgür Özel daha əvvəlki çıxışlarında, komissiyada iştirak üçün bərabər təmsilçilik və nitelikli çoxluq prinsiplərinin təmin olunmasının vacibliyini vurğulamışdı. TBMM rəhbərliyinin nitelikli çoxluq prinsipi ilə bağlı verdiyi zəmanətdən sonra, CHP komissiyaya qoşulmaq barədə qərarını rəsmi şəkildə bəyan edib.