Əsas səhifə » Türkiyə parlamentində yeni komissiya - Partiyalarla danışıqlar aparılıb

Türkiyə parlamentində yeni komissiya - Partiyalarla danışıqlar aparılıb

BAKI, AzerVoice

Türkiyə parlamentində yaradılacaq komissiya ilə bağlı siyasi partiyalar arasında fikir mübadiləsi aparılıb.

AzerVoice xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş parlamentdə təmsil olunan siyasi partiyaların qrup rəhbərləri və sədr müavinlərini qəbul edib.

Rəsmi sosial media hesabından verilən açıqlamada qeyd olunub ki, görüşdə “Terrorsuz Türkiyə” məqsədi ilə yaxın günlərdə yaradılması planlaşdırılan və ilk iclasını keçirəcək komissiyanın iş üsulu və proseduru müzakirə olunub. Kurtulmuş bu prosesdə Məclisin vahid mövqe nümayiş etdirməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, görüşdə AK Partiya, CHP, DEM Partiyası, MHP və YRP təmsilçiləri iştirak edib. İYİ Partiya isə komissiyaya üzv göndərməyəcəyini və iştirak etməyəcəyini bəyan edib.

Digər Kateqoriyalar

2025 © Azervoice