BAKI,
AzerVoice
İtaliyadan Afrikada əməkdaşlıq təklifi gəlib – cavabımız
müsbətdir.
AzerVoice xəbər verir ki, Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliya ilə Afrikada birgə
əməkdaşlıq istiqamətində ortaq addımlar atmağa hazır olduqlarını
bildirib.
Dördüncü Türkiyə–İtaliya Hökumətlərarası Zirvə Toplantısından qayıdarkən jurnalistlərin suallarını cavablandıran Ərdoğan qeyd edib ki, İtaliya tərəfi Afrikada əməkdaşlıq təklifi irəli sürüb və Türkiyə bu təklifi müsbət qarşılayır. “Bizim Afrikaya yanaşmamız açıq və bərabərhüquqludur. Qazanma prinsipi əsasında münasibətlər qururuq və bu istiqamətdə İtaliya ilə əməkdaşlığa açığıq” – deyə Prezident bildirib.
Ərdoğan əlavə edib ki, Türkiyə ilə İtaliya arasında ticarət dövriyyəsinin 30 milyard dollardan 40 milyard dollara çatdırılması üçün geniş potensial mövcuddur. Tarixi əlaqələr, ortaq maraqlar və Aralıq dənizi bölgəsindəki geosiyasi yaxınlıq iki ölkə arasında əməkdaşlığı daha da möhkəmləndirir.
Yunanıstanın Türkiyə ilə əməkdaşlığa qarşı çıxması və İtaliyadan hərbi texnika alması fonunda Ərdoğan, İtaliya ilə müdafiə sənayesi, aviasiya və kosmos sahələrində yüksək texnologiyalı layihələrdə əməkdaşlığı gücləndirməyi planlaşdırdıqlarını vurğulayıb. “Məqsədimiz həm Türkiyənin yerli müdafiə sənayesini gücləndirmək, həm də İtaliyaya yeni perspektivlər qazandırmaqdır. Bununla yanaşı, biz Yunanıstanla da mehriban qonşuluq və dostluq əlaqələrini inkişaf etdirməyə çalışırıq” - deyə o bildirib.