Əsas səhifə » Türkiyə hava sahəsində liderliyini sübut edir - Uraloğlu

Türkiyə hava sahəsində liderliyini sübut edir - Uraloğlu

BAKI, AzerVoice

Türkiyə hava məkanında tarixi rekord - 6 min 110 uçuşla yeni zirvəyə çatılıb.

AzerVoice xəbər verir ki, Türkiyə hava məkanında gündəlik tranzit uçuşlar və ümumi təyyarə trafikində bütün zamanların rekord səviyyəsi qeydə alınıb.

Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu bildirib ki, 13 iyul tarixində 1745 tranzit uçuşla tarixdə ilk dəfə bu qədər yüksək rəqəmə çatılıb. Ümumilikdə 6 min 110 uçuşla ümumi təyyarə trafiki də yeni rekorda imza atıb.

Nazir qeyd edib ki, bu uğur Dövlət Hava Limanları İdarəsinin (DHMİ) Hava Trafik İdarəetmə Mərkəzinin koordinasiya və idarəetmə qabiliyyəti sayəsində mümkün olub.

“Bu nailiyyətlər bir daha göstərdi ki, Türkiyə regionda və beynəlxalq hava nəqliyyatında mühüm strateji mərkəzə çevrilib”, – deyə Uraloğlu vurğulayıb.

Qeyd edək ki, bundan əvvəlki rekord 15 iyun 2024-cü ildə 5943 uçuşla qeydə alınmışdı. EUROCONTROL-un rəsmi məlumatlarına əsasən, 2025-ci il iyulun 12 və 13-də qeydə alınan bu rəqəmlər Türkiyənin hava məkanının qlobal əhəmiyyətini bir daha təsdiqləyir.

Digər Kateqoriyalar

2025 © Azervoice