Əsas səhifə » Xalqın iradəsi FETÖ-nün planlarını alt-üst etdi - Fidan

Xalqın iradəsi FETÖ-nün planlarını alt-üst etdi - Fidan

BAKI, AzerVoice

Türkiyəyə zərər vermək cəhdi keçmişdə olduğu kimi bundan sonra da uğursuzluğa məhkumdur.

AzerVoice xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan 15 İyul Demokratiya və Milli Birlik Günü münasibətilə yayımladığı mesajda dövlətin gücünü və xalqın iradəsini bir daha vurğulayıb.

Türkiyəyə zərər verməyə yönələn istənilən cəhd əvvəlki kimi uğursuzluğa düçar olacaq.

Fidan paylaşımında bildirib ki, 15 iyul gecəsi xalqın əzmi və Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə FETÖ-nün planı iflasa uğrayıb. O, dövlətin FETÖ ilə mübarizəsini qətiyyətlə davam etdirdiyini, bu terror təşkilatının hər yerdə izlənildiyini və məsul şəxslərin ədalət qarşısına çıxarılması üçün bütün imkanların səfərbər edildiyini vurğulayıb.

Nazir Fidan şəhidlərə Allahdan rəhmət, qazilərə şəfa diləyərək qeyd edib ki, Türkiyəyə qarşı qurulan planlar gələcəkdə də cavabsız qalmayacaq və uğurla nəticələnməyəcək.

Qeyd edək ki, 15 iyul 2016-cı ildə Türkiyədə FETÖ tərəfindən həyata keçirilən hərbi çevriliş cəhdinin qarşısı xalqın gücü və dövlətin iradəsi ilə alınıb və bu tarix sonrakı illərdə “Demokratiya və Milli Birlik Günü” kimi qeyd edilir.

Digər Kateqoriyalar

2025 © Azervoice