BAKI, AzerVoice
FETÖ-nün imtahanlarda saxtakarlıq etməsi ilə bağlı 14 nəfər həbs olunub.
AzerVoice xəbər verir ki , Ankara Respublika Baş Prokurorluğu 2010 və 2011-ci illərdə Təhlükəsizlik Elmləri Fakültəsinə qəbul imtahanlarında baş verən qanun pozuntuları ilə bağlı apardığı araşdırmalar çərçivəsində FETÖ ilə bağlı 7 şəhərdə 14 şübhəli barəsində həbs qərarı çıxarıb.
Respublika Baş Prokurorluğundan verilən məlumata görə, Terror Cinayətləri İstintaq Bürosu tərəfindən aparılan araşdırmada FETÖ-çülərin yazılı imtahan suallarına daxil olaraq , əvvəlcədən təşkilat üzvlərinə payladığı məlum olub.
Ekspertiza rəyləri və şahid ifadələri əsasında imtahandan keçən 14 şübhəli barəsində başda Ankara olmaqla, 7 şəhərdə həbs qərarı çıxarılıb.
Ankara Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi şübhəlilərin tutulması üçün əməliyyata başlayıb.
Qeyd edək ki, Fətullahçı Terror Təşkilatının (FETÖ) dövlət strukturlarına sızma cəhdlərinə qarşı mübarizə Türkiyədə davamlı şəkildə aparılır və bu istiqamətdə minlərlə şəxs barəsində hüquqi tədbirlər görülüb.