BAKI, AzerVoice
Konyada meşə yanğını ikinci günə keçdi – Hava və quru müdaxiləsi davam edir.
AzerVoice xəbər verir ki, Türkiyənin
Konya vilayətinin Doğanhisar rayonuna bağlı Güvendik məhəlləsinin
Davras bölgəsində başlayan meşə yanğını ikinci gün də davam
edir.
Yanğının söndürülməsi üçün hava və quru müdaxiləsi koordinasiyalı
şəkildə həyata keçirilir.
Meşə İdarəsi Müdirliyi və Yanğından Mühafizə İdarəsinin qrupları, eləcə də yanğınsöndürmə helikopterləri və təyyarələrinin iştirakı ilə intensiv söndürmə tədbirləri görülür. Konya Valiliyindən verilən açıqlamada bildirilib ki, gecə boyunca quru qrupları fasiləsiz işləyib, səhər saatlarından etibarən hava dəstəyi ilə əməliyyatlar davam etdirilib.
Qeyd edək ki, hadisənin genişlənməsinin qarşısını almaq üçün bütün yerli və regional resurslar səfərbər olunub.