BAKI, AzerVoice
15 iyul ruhunu hər zaman qoruyacağıq, Terrorsuz Türkiyə üçün daim mübarizə aparacağıq.
AzerVoice xəbər verir ki, Milli İstihbarat Təşkilatının (MİT) direktoru İbrahim Kalın 15 İyul Demokratiya və Milli Birlik Günü münasibətilə yayımladığı mesajda FETÖ-nün 9 il əvvəlki çevriliş cəhdini “dövlətin varlığına və milli birliyə qarşı yönəlmiş ən qaranlıq gecə” kimi dəyərləndirib.
Kalın bildirib ki, xalq Prezident Rəcəb Tayyib Ərdoğanın çağırışı ilə azadlığına sahib çıxıb, əsl qəhrəmanlıq nümunəsi göstərib. O qeyd edib ki, xalqın bu dirənişi təkcə bir çevriliş cəhdinin qarşısını almaqla kifayətlənməyib, həm də demokratiyanın yaşaması uğrunda yazılmış bir dastana çevrilib.
“Həm xain cəhdin öncəsində, həm də sonrasında FETÖ-ə qarşı mübarizə eyni əzmlə davam edir və edəcək. Prezidentimizin Türk Əsri baxışı istiqamətində, 15 iyulun ruhunu qorumaq bizim borcumuzdur. Vətənimizin hər qarışı üçün, hər zaman və hər yerdə çalışacağıq.” - deyə İbrahim Kalın əlavə edib.
Qeyd edək ki, Kalın 15 iyul şəhidlərini rəhmətlə anaraq, qazilərə təşəkkürünü bildirib və bu tarixi yaddaşın gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulayıb.