11
BAKI, AzerVoice
İsrail müdafiə naziri İsrael Kats Livanın şərqində, Bəqaa vadisindəki hərbi düşərgələrə endirilən hava zərbələrinin Hizbullah hərəkatına açıq bir mesaj olduğunu bildirib.
AzerVoice xəbər verir ki, onun sözlərinə görə, bu zərbələr Hizbullahın xüsusi təyinatlı “Radvan” dəstələrinin gücləndirilməsi yolu ilə döyüş potensialını bərpa etməyə yönəlmiş cəhdlərinə qarşı xəbərdarlıq xarakteri daşıyır:
"Livandakı hava zərbələri Hizbullah hərəkatına açıq bir siqnaldır. Hərəkat 'Radvan' qüvvələrinin köməyi ilə İsrailə qarşı hücum potensialını bərpa etməyi planlaşdırır. Bu eyni zamanda Livan hökumətinə də yönəlik bir siqnaldır. Çünki ölkə, Livanda atəşkəslə bağlı razılaşmalara əməl olunmasına görə məsuliyyət daşıyır."