Bakı. AzerVoice:
Türkiyə xarici işlər naziri Hakan Fidan 28 may tarixində Kamboca Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Sok Chenda Sophea ilə görüşəcək.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, görüş zamanı cari beynəlxalq və regional hadisələr, eləcə də ikitərəfli münasibətlər ətrafında fikir mübadiləsi aparılacaq.