Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türkiyə

    Türkiyə ildə 96 ALTAY tankı istehsal edəcək

    28 Oktyabr 2025 16:54
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Türkiyə Prezidentliyi Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün bildirib ki, Türkiyə artıq tank və zirehli texnika istehsalında dünyanın aparıcı mərkəzlərindən birinə çevrilib. Onun sözlərinə görə, 682 min kvadratmetrlik ərazidə inşa olunan yeni zavodda robotlaşdırılmış qaynaq sistemləri ilə ildə 96 “Altay” əsas döyüş tankı istehsal olunacaq.

    AzerVoice xəbər verir ki, ALTAY Tankının Seriya İstehsal Zavodunun açılış mərasimində çıxış edən Görgün vurğulayıb ki, hər yeni istehsal müəssisəsi Türkiyənin müdafiə sənayesində tam müstəqilliyə atılmış möhür, hər yerli texnika isə xalqın iradə və əzm rəmzidir.

    “Bu gün açılışını etdiyimiz müəssisə sadəcə ALTAY tankının istehsal xətti deyil, həm də Türkiyənin mühəndislik gücünün, texnoloji dərinliyinin və strateji baxışının simvoludur,” – deyə Görgün qeyd edib.

    O, “yerli və milli istehsal” anlayışının artıq bir məqsəd deyil, gerçəklik və milli qürur mənbəyinə çevrildiyini bildirib.

    “ALTAY layihəsi sadəcə bir hərbi platforma deyil, eyni zamanda müdafiə sənayemizin bacarıqlarını formalaşdıran bir məktəbdir. Öz tankını dizayn edib, sınaqdan keçirib, istehsala hazır vəziyyətə gətirən bir ölkə halına gəldik. Bu, milli ağlın və türk mühəndisinin nailiyyətidir.” - deyə Görgün qeyd edib.

    Görgün, Prezident Rəcəb Tayyib Ərdoğanın “tam müstəqil müdafiə sənayesi” hədəfinin artıq bir vizyondan çıxaraq sistemli və institusional ekosistemə çevrildiyini vurğulayıb.

    Onun sözlərinə görə, Türkiyə artıq müdafiə sənayesində əvvəllər xaricdən təmin edilən alt sistemləri özü istehsal edir və bu texnologiyaları dünya bazarına ixrac edə bilir. “ALTAY layihəsi sayəsində böyük kalibrli silahlar, kompozit zireh sistemləri və AKKOR Aktiv Müdafiə Sistemi kimi məhsullar Türkiyəni qlobal səviyyədə rəqabət aparan bir ölkə halına gətirib,” – deyə o əlavə edib.

    Hazırda 800 mühəndis, min 250 işçi və 90 alt-podratçıdan ibarət nəhəng bir komanda tankın istehsalında iştirak edir. Görgün, “ALTAY” tankının 2 il zəmanətlə və 6 il logistik dəstəklə sahədə uzunömürlü xidmət göstərəcəyini qeyd edib.

    Zavodun Zireh Sınaq Sahəsi, Ballistik Müdafiə Mərkəzi və Geniş Test Kompleksləri sayəsində Türkiyənin zirehli texnika sahəsində milli bacarığının daha da güclənəcəyini vurğulayıb.

    “Bu zavod yalnız bu günün ehtiyaclarını deyil, gələcəyin tanklarını və zirehli vasitələrini formalaşdıracaq. Bu, Türkiyənin quru platformaları üzrə milli gücünün növbəti mərhələsidir.” - deyə Görgün qeyd edib.

    “Bu zavod və bu tanklar sadəcə istehsal uğuru deyil, strateji ağlın, liderliyin və qətiyyətin nəticəsidir. Türkiyə artıq müdafiə sənayesində standart müəyyən edən, texnologiya paylaşan və qlobal rəqabətdə pay sahibi olan bir modelə çevrilib.”- deyə Görgün çıxışını yekunlaşdırıb.

    #Türkiyə müdafiə sənayesi #Haluk Görgün #Altay tankı #Türkiyə Altay tankı #Türkiyə müdafiə ixracı #Türkiyə müdafiə sənayesi inkişafı #Altay T2 tankları
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyə və Azərbaycan müdafiə sənayesi sahəsində birgə şirkət yaradıb

    12 Dekabr 2025 13:20

    Türkiyə və Macarıstan müdafiə sənayesi əməkdaşlığını yeni anlaşmalarla gücləndirib

    9 Dekabr 2025 14:14

    Türkiyə Çelik Kubbeni gücləndirmək üçün 6,5 milyard dollarlıq müqavilələr imzalayıb

    26 Noyabr 2025 15:14

    Türkiyə Yüzilinə heç bir güc əngəl ola bilməyəcək - Ərdoğan

    18 Noyabr 2025 04:00

    Türkiyənin bor əsaslı balistik texnologiyaları BAMEX 2025 sərgisində böyük maraq görüb

    17 Noyabr 2025 20:19

    PKK və onun törəmələri bütün terror fəaliyyətlərini dərhal dayandırmalıdır - Güler

    5 Noyabr 2025 15:44

    Türkiyənin müdafiə və aviasiya sənayesinin ixracı 10 ayda 6,7 milyard dollara çatıb

    4 Noyabr 2025 16:18

    Türkiyənin yerli tankı “Altay” Bakı üçün də gərəkli ola bilər

    31 Oktyabr 2025 11:32

    ALTAY tankının ardıcıl istehsalı və test işləri intensivləşdirilib

    29 Oktyabr 2025 12:37

    Türkiyə müdafiə sahəsində tarixi dönüş nöqtəsindədir - Yunan mətbuatı

    29 Oktyabr 2025 10:26

    ALTAY tankı ilə yeni dövrün qapısı aralanır - Ərdoğan

    28 Oktyabr 2025 17:09

    Ərdoğan və Əl Tani-nin iştirakı ilə Türkiyə–Qətər arasında 12 saziş imzalanıb

    22 Oktyabr 2025 15:36
    Demo
    XƏBƏR LENTİ

    Türkiyə və Azərbaycan arasında ticarət sahəsində məqsədlərimizə çatmağa çalışırıq - Hüseyn Böyükfırat

    Tarixdə bu gün – 18 Dekabr

    Ərdoğan Qəzzada həlak olan Hind Rəcəbin ailəsi ilə görüşüb

    Suriya Livana göndərilən silah partiyasını müsadirə edib

    Səudiyyə Ərəbistanına qar yağıb

    Tacikistan Rusiyada məktəblinin öldürülməsini etnik nifrət zəminində hücum kimi qiymətləndirib

    Çinin yeni aviadaşıyan gəmisi Fuçzyan ilk dəfə Tayvan boğazından keçib

    Hanuka bayramının dördüncü günündə 600-dən çox israilli Əl-Əqsaya daxil olub

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işəgötürənlərlə növbəti görüş olub

    Qarabağ DOST Evinə daha 21 yeni benefisiar qəbul edilib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.