Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türkiyə

    Türkiyə və İordaniya arasında iqtisadi əməkdaşlığın yeni mərhələsi başlayır

    28 Oktyabr 2025 16:31
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Türkiyənin ticarət naziri Ömər Bolat İordaniyanın paytaxtı Əmmanda İordaniya sənaye, ticarət və təchizat naziri Yarub əl-Qudat ilə birgə keçirilən Türkiyə–İordaniya Qarışıq İqtisadi Komissiyasının (KEK) iclasında iki ölkə arasında birinci dövr qarışıq iqtisadi komissiya üzrə Anlaşma Memorandumunun imzalandığını bildirib.

    AzerVoice xəbər verir ki, Bolat qeyd edib ki, bu sənəd ticarətdən qarşılıqlı investisiyalara, tikinti layihələrindən kənd təsərrüfatına, səhiyyədən mədəniyyət və turizmə qədər bir çox sahədə əməkdaşlığı əhatə edən konkret və konstruktiv razılaşmaları özündə birləşdirir.

    Nazir vurğulayıb ki, bu görüş uzun fasilədən sonra iqtisadi əlaqələrin, ticarət və investisiya fəaliyyətlərinin, eləcə də infrastruktur layihələrinin canlandırılması baxımından dönüş nöqtəsidir.

    Bolat bildirib ki, qarşılıqlı görüşlər zamanı yeni layihələr və proqramların hazırlanması barədə razılıq əldə olunub. “Gələcək dövrdə sərbəst zonalar, kiçik və orta bizneslər, sənaye zonaları, standartlaşdırma, təhsil, səhiyyə, elmi tədqiqat və kənd təsərrüfatı sahələrində çoxsaylı razılaşmalar imzalanacaq,” – deyə o bildirib.

    Nazir həmçinin Türkiyə və İordaniya iş adamlarının bir araya gəldiyi Türkiyə–İordaniya Dəyirmi Masa toplantısının və Biznes Forumunun keçirildiyini, gələcəkdə bu cür tədbirlərin daha da artırılacağını vurğulayıb.

    Bolat əlavə edib ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsi 1,1 milyard ABŞ dollarını ötüb, cari ilin ilk doqquz ayında isə 1,5 milyard dollara yaxınlaşıb.

    Nazir, həmçinin, Türkiyə və İordaniyanın Suriya, Qəzza və İordan çayının qərb sahilində yenidənqurma layihələrində əməkdaşlıq etməkdə qərarlı olduqlarını qeyd edib. O, 2024-cü ilin dekabrında Suriyada formalaşan yeni hökumətlə birlikdə Türkiyə və İordaniyanın tarixi Orta Şərq ticarət marşrutunu bərpa etmək istədiklərini vurğulayıb.

    Bolatın sözlərinə görə, bu nəqliyyat koridorunun bərpası Avropadan Türkiyə–Suriya–İordaniya üzərindən Körfəz ölkələrinə, oradan isə yenidən Avropaya yükdaşıma və ticarət həcmini artıracaq.

    Səfəri çərçivəsində Ömər Bolat, həmçinin, İordaniyanın Salt şəhərində yerləşən Türk Şəhidliyini ziyarət edib, Birinci Dünya Müharibəsində şəhid olan Osmanlı əsgərlərinin xatirəsini anıb.

    #Türkiyə #Qəzza #Türkiyə Ticarət Nazirliyi #Ömər Bolat #Qəzza zolağı #Suriya #İordaniya #ticarət #iqtisadi müzakirə #Əmman #Körfəz ölkələrinin təhlükəsizliyi #Türkiyə–İordaniya Qarışıq İqtisadi Komissiyası (KEK)
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyədə 3,5 bal gücündə zəlzələ baş verib

    14 Fevral 2026 16:40

    İsrail ordusu Qəzzada atəşkəs rejimini növbəti dəfə pozub

    14 Fevral 2026 12:38

    Fələstin xalqının məhvinə son qoyulmalıdır - Aİ

    14 Fevral 2026 12:00

    Fransa bazarında Türkiyə tekstilinə tələbat zəifləyib (ÖZƏL)

    14 Fevral 2026 10:00

    Özbəkistan bazarında Türkiyə poladı geriləmə göstərib (ÖZƏL)

    14 Fevral 2026 09:20

    İstanbulda Müəllif Hüquqları Sammiti - Azərbaycanlı naşirlər 150 ikitərəfli görüş keçirdi

    13 Fevral 2026 15:38

    Türkiyə və İordaniya Fələstin məsələsini müzakirə edib

    13 Fevral 2026 14:56

    Yanvarda Qazaxıstana hazır geyim tədarükü 55 faizdən çox geriləyib (ÖZƏL)

    13 Fevral 2026 13:10

    Suriyadan İraqa köçürülən minlərlə İŞİD üzvü istintaqa cəlb edilib

    13 Fevral 2026 12:01

    Türkiyənin Qaradəniz regionu ilə illik ticarət həcmi 40 milyard dolları ötüb (ÖZƏL)

    13 Fevral 2026 11:06

    Türkiyədən Türkmənistana kimya məhsulları ixracı 5,5 faiz azalıb (ÖZƏL)

    13 Fevral 2026 09:00

    Ərdoğan CHP-ni parlamentdəki davranışlara görə tənqid edib

    12 Fevral 2026 17:06
    XƏBƏR LENTİ

    Prezident İlham Əliyev: Regional nəqliyyat qovşaqlarına çevrilmək üçün qonşularınızla yaxşı münasibətləriniz olmalıdır

    Prezident İlham Əliyev Münxendə panel müzakirələrdə iştirak edir

    Messi 2026 Dünya Çempionatını buraxa bilər

    Türkiyədə 3,5 bal gücündə zəlzələ baş verib

    Zelenski Trampın ultimatumuna cavab verib - Kifayət qədər kompromis edilib

    Azərbaycan Dövlət Akademik Rus Dram Teatrına yeni direktor TƏYİNATI

    Gəncə Dövlət Milli Dram Teatrına direktor təyin olunub

    Misofobiya: Mikroblardan duyulan patoloji qorxu

    ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu artırır

    Azərbaycanın qiymətli metallar bazarının həftəlik İCMALI

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.