Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türkiyə

    ALTAY tankı ilə yeni dövrün qapısı aralanır - Ərdoğan

    28 Oktyabr 2025 17:09
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Kahramankazan rayonunda keçirilən BMC Ankara Tank və Yeni Nəsil Zirehli Texnika İstehsal Zavodunun açılışı və ilk ALTAY tanklarının təhvil verilməsi mərasimində çıxış edib.

    AzerVoice xəbər verir ki, Prezident Ərdoğan çıxışında Türkiyənin müdafiə sənayesində qazandığı uğurların milli iradənin və mühəndislik gücünün nəticəsi olduğunu bildirib. O, ALTAY tankı layihəsinin Türkiyənin tam müstəqil müdafiə sənayesi hədəfinin simvoluna çevrildiyini vurğulayıb.

    “Türk müdafiə sənayesinə, mühəndislərimizə və texniklərimizə olan etimadın qarşılığını bu zavod və ALTAY tankı ilə bir daha görürük,” – deyə Ərdoğan qeyd edib.

    Ərdoğan, 840 min kvadratmetrlik ərazidə qurulan zavodda 1500-dən çox ixtisaslı mütəxəssisin çalışacağını, hər ay 8 ALTAY tankı və 10 ALTUĞ zirehli maşını istehsal ediləcəyini açıqlayıb. Prezident, məqsədlərinin kritik materiallarda xarici asılılığı tamamilə aradan qaldırmaq olduğunu söyləyib.

    O, “Qarşıya çıxan maneələrin yalnız prosesi yavaşlada biləcəyini, lakin Türkiyənin hədəfinə çatmasına mane ola bilməyəcəyini” qeyd edib.

    Prezident həmçinin qlobal miqyasda gedən siyasi və iqtisadi dəyişikliklərə diqqət çəkərək, beynəlxalq sistemin dərin böhran içində olduğunu bildirib.

    “Artıq haqlı olmaq kifayət etmir, haqqını qorumaq üçün güclü olmalısan. Bunu Bosniyada, Suriyada və son olaraq Qəzzada gördük. 70 min günahsız insanın öldürüldüyü Qəzza soyqırımı bu reallığı bir daha ortaya qoydu.” - deyə Ərdoğan qeyd edib.

    Ərdoğan çıxışını, Türkiyənin müdafiə sənayesində tam müstəqillik yolunda irəliləməyə davam edəcəyini və ALTAY tankının bu yolda yeni bir mərhələnin başlanğıcı olduğunu vurğulayaraq tamamlayıb.

    #Qəzza #Rəcəb Tayyib Ərdoğan #Qəzza zolağı #Türkiyə müdafiə sənayesi #Altay tankı #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Türkiyə Altay tankı #Türkiyə müdafiə sənayesi inkişafı #Altay T2 tankları
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail ordusu Qəzzada atəşkəs rejimini növbəti dəfə pozub

    14 Fevral 2026 12:38

    Fələstin xalqının məhvinə son qoyulmalıdır - Aİ

    14 Fevral 2026 12:00

    Ərdoğan CHP-ni parlamentdəki davranışlara görə tənqid edib

    12 Fevral 2026 17:06

    İslam dünyası nəqliyyatla strateji gücə çevrilə bilər - Ərdoğan

    12 Fevral 2026 12:34

    Ərdoğan təhqirə məruz qalan qadın bələdiyyə sədrinə dəstək verib

    11 Fevral 2026 15:48

    İsrailin Qərb Sahilində addımları beynəlxalq hüquqa ziddir - BMT

    11 Fevral 2026 12:46

    Türkiyə ilə əməkdaşlıq üçün konkret təkliflərə açığıq - Sərdar Berdiməhəmmədov

    11 Fevral 2026 12:26

    Yunanıstanın Baş naziri Türkiyəyə rəsmi səfər edəcək

    11 Fevral 2026 11:29

    Ərdoğan üç ölkənin səfirlərini qəbul edib

    10 Fevral 2026 16:28

    İndoneziya Qəzzaya ordu göndərir: 8 minədək hərbçi hazırlıqlara başlayıb

    10 Fevral 2026 14:37

    Qəzzada atəşkəs dövründə 573 nəfər həlak olub

    10 Fevral 2026 14:23

    İordan çayının qərb sahilində iqtisadi çöküş: 100 min fələstinli işsiz və ac qalıb

    10 Fevral 2026 10:17
    XƏBƏR LENTİ

    Prezident İlham Əliyev: Regional nəqliyyat qovşaqlarına çevrilmək üçün qonşularınızla yaxşı münasibətləriniz olmalıdır

    Prezident İlham Əliyev Münxendə panel müzakirələrdə iştirak edir

    Messi 2026 Dünya Çempionatını buraxa bilər

    Türkiyədə 3,5 bal gücündə zəlzələ baş verib

    Zelenski Trampın ultimatumuna cavab verib - Kifayət qədər kompromis edilib

    Azərbaycan Dövlət Akademik Rus Dram Teatrına yeni direktor TƏYİNATI

    Gəncə Dövlət Milli Dram Teatrına direktor təyin olunub

    Misofobiya: Mikroblardan duyulan patoloji qorxu

    ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu artırır

    Azərbaycanın qiymətli metallar bazarının həftəlik İCMALI

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.