Əsas səhifə » Ərdoğan CHP sədri ilə daxili və xarici siyasət məsələlərini müzakirə edəcək

Ərdoğan CHP sədri ilə daxili və xarici siyasət məsələlərini müzakirə edəcək

Bakı. AzerVoice:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl ilə bu həftə görüşəcək.

AzerVoice xəbər verir ki, görüş zamanı həm daxili, həm də xarici siyasət müzakirə olunacaq. 

Məlumata əsasən, yeni konstitusiya ilə bağlı araşdırmalar, iqtisadiyyatdakı inkişaflar və xarici siyasət görüşün əsas maddələri olacaq.

Qeyd edək ki, Türkiyədə 1982-ci ildən qüvvədə olan konstitusiyaya 1987-ci, 2007-ci, 2010-cu, 2017-ci illərdə dəyişiklik edilib.

X: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2025 © Azervoice