BAKI, AzerVoice
ASELSAN IDEF 2025 sərgisində 9 yeni nəsil texnologiyasını təqdim edəcək.
AzerVoice xəbər verir ki, Türkiyənin
müdafiə sənayesində önəmli mövqe tutan ASELSAN, bu il 17-ci dəfə
keçiriləcək Beynəlxalq Müdafiə Sənayesi Sərgisi – IDEF 2025
çərçivəsində doqquz yeni nəsil texnologiyanı ilk dəfə nümayiş
etdirəcək.
Şirkətin baş direktoru Ahmet Akyol bildirib ki, radar, elektron
müharibə, elektro-optika, hava hücumundan müdafiə və rabitə
sahələrini əhatə edən bu texnologiyalarla yanaşı, sərgi zamanı
milli və beynəlxalq səviyyədə 20-dən çox imza mərasimi keçiriləcək.
Akyol, sərgi çərçivəsində 300-dən çox məhsul və sistemin nümayiş
olunacağını və bunun ASELSAN-ın ixracyönümlü inkişaf hədəflərinə
töhfə verəcəyini vurğulayıb.
Qeyd edək ki, sərginin ən diqqətçəkən elementlərindən biri Türkiyənin hava hücumundan müdafiə sistemi olan Polad Qübbə olacaq. Sistemin bütün komponentləri açıq məkanda təqdim ediləcək. Bundan əlavə, rabitə, dəniz sistemləri, sərhəd təhlükəsizliyi, komanda-nəzarət və kosmos texnologiyaları kimi müxtəlif sahələrdə ASELSAN-ın imkanları qapalı stendlərdə nümayiş olunacaq.