BAKI, AzerVoice
Türkiyədə Çanakkalenin Ezine rayonunda baş verən meşə yanğınlarına havadan və qurudan müdaxilə olunur.
AzerVoice xəbər verir ki, Türkiyənin
Çanakkale vilayətinin Ezine rayonuna bağlı Çarıksız kəndi
yaxınlığındakı meşə ərazisində naməlum səbəbdən yanğın
başlayıb.
Yanğının yayılmasının qarşısını almaq üçün əraziyə Çanakkale Orman
Bölgə Müdirliyi və Ezine Orman İşlətmə Müdirliyinə bağlı çoxsaylı
quru və hava qüvvələri cəlb olunub. Helikopter və təyyarələrin
dəstəyi və ətraf rayonlardan gələn bələdiyyə yanğınsöndürmə
briqadalarının iştirakı ilə yanğınla intensiv mübarizə
aparılır.
Hazırda yanğının nəzarət altına alınması istiqamətində əməliyyatlar
davam edir.
Qeyd edək ki, yay mövsümündə Türkiyənin qərb bölgələrində, xüsusilə də Egey və Aralıq dənizi sahilində meşə yanğınları tez-tez baş verir. Yanğınların səbəbləri arasında həm təbii faktorlar, həm də insan fəaliyyəti göstərilir.