BAKI, AzerVoice
Türkiyə Xarici İşlər Nazirliyi Avropa İttifaqının Türkiyə vətəndaşları üçün Şengen vizalarında asanlaşdırma haqqında olan qərarını alqışladığını bildirib.
AzerVoice xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi Avropa İttifaqının Şengen vizaları ilə bağlı yeni qərarını müsbət qiymətləndirərək, bu qərarın Türkiyədə yaşayan etibarlı vətəndaşlar üçün uzunmüddətli vizaların verilməsini nəzərdə tutduğunu bildirib.
Nazirlik 15 iyul 2025-ci il tarixindən etibarən Avropa
İttifaqına üzv 25 ölkənin, əvvəlki Şengen vizalarından qanuni
şəkildə istifadə etmiş Türkiyə vətəndaşlarına 5 ilə qədər
uzunmüddətli viza verməsini əhatə edən qaydanı dəstəklədiyini bəyan
edib.
Açıqlamada Aİ Komissiyası ilə birgə işləməyə davam ediləcəyi
vurğulanıb.
Qeyd edək ki, yeni sistemə əsasən, müraciətçinin əvvəlki viza tarixçəsinə uyğun olaraq, 6 ay, 1 il, 3 il və ya 5 il müddətinə çoxsaylı giriş vizası veriləcək. Əvvəlki vizasını qaydalara uyğun istifadə etmiş şəxslər bu imkanlardan yararlanacaq və onların immiqrasiya və təhlükəsizlik baxımından risk səviyyəsi aşağı hesab ediləcək.