Əsas səhifə » ASELSAN və TÜBİTAK-ın yeni silahı – GÖZDE

ASELSAN və TÜBİTAK-ın yeni silahı – GÖZDE

BAKI, AzerVoice

ASELSAN və TÜBİTAK SAGE tərəfindən hazırlanmış GÖZDE Rəhbər Kiti yüksək sürətlə hərəkət edən hədəfləri dəqiq vurmaq qabiliyyətini sübut edib.

AzerVoice xəbər verir ki, F-16 qırıcısından həyata keçirilən sınaq atışlarında GÖZDE yüksək sürətlə hərəkət edən minik avtomobilini birbaşa vuraraq uğurlu nəticə əldə edib.

Təyyarənin elektro-optik sistemi ilə lazerlə işarələnən hədəf, ANS/KKS/LAB sensor inteqrasiyası ilə izlənərək məhv edilib.

ASELSAN-ın oyunu dəyişdirən texnologiyaları arasında yer alan GÖZDE Türkiyə Silahlı Qüvvələrinə sabit və hərəkətli hədəfləri dəqiq vurmaq imkanı qazandırır.

“GÖZDE, ölkəmizdə bu günə qədər hədəfini ən sürətli vuran bələdçi dəst halına gəldi”, – deyə Sənaye və Texnologiya naziri Mehmet Fatih Kacır sosial media hesabında bildirib.

GÖZDE MK-82 ümumi təyinatlı bombalarını inkişaf etmiş naviqasiya texnologiyası ilə idarə olunan sursata çevirir. Sevk sistemi daşımayan bu bələdçi dəsti 500 funt ağırlığında bombanı daha qənaətcil və yüksək dəqiqliklə hədəfə yönləndirə bilir.

GÖZDE F-16 və Bayraktar Akıncı platformalarına inteqrasiya edilərək hava əməliyyatlarında mühüm taktiki üstünlük təmin edir.

“Ölkəmizin təhlükəsizliyini gücləndirəcək layihələr üzərində işimizi sürətləndirməyə davam edirik”, – deyə Kacır əlavə edib.

Digər Kateqoriyalar

2025 © Azervoice