BAKI,
AzerVoice
Türkiyənin aparıcı müdafiə sənayesi şirkəti ASELSAN quru nəqliyyat
vasitələrinin faydalı yükləri üçün ümumi dəyəri 296 milyon avro
olan yeni müqavilə bağladığını açıqlayıb.
AzerVoice xəbər verir ki , ASELSAN İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) verdiyi açıqlamada bildirilib ki, müqavilə yerli müştəri ilə imzalanıb və çatdırılmalar 2027-2028-ci illərdə həyata keçiriləcək.
Bu müqavilə ASELSAN-ın quru platformaları sahəsindəki mövqeyini gücləndirməklə yanaşı, şirkətin texnoloji və strateji inkişafına da töhfə verəcək.
Müqavilənin detalları barədə əlavə məlumat verilməsə də, ASELSAN-ın müdafiə sənayesindəki geniş portfeli və yerli bazara yönəlmiş strateji tərəfdaşlıqları diqqət çəkir.
Şirkət gələcəkdə oxşar layihələrə investisiya qoymaq və müdafiə sektorunda texnoloji üstünlüyünü artırmaq niyyətindədir.