Bakı,
AzerVoice
Türk Hava Yolları (THY) Almaniyanın Münhen şəhərində və
Yunanıstanda baş verən tətillər səbəbindən bəzi uçuşların ləğv
edildiyini açıqlayıb.
AzerVoice xəbər verir ki , THY-nin mətbuat xidmətindən verilən məlumata görə, Yunanıstandakı tətil səbəbilə aşağıdakı uçuşlar ləğv edilib:
Afina – İstanbul: TK 1842, TK 1844, TK 1848
İstanbul – Afina: TK 1849
İstanbul – Saloniki: TK 1881, TK 1893
Saloniki – İstanbul: TK 1882, TK 1894
Almaniyanın Münhen hava limanında yerüstü xidmət işçilərinin tətili səbəbindən sabah və cümə günü planlaşdırılan uçuşlar qarşılıqlı olaraq ləğv olunub.
İstanbul – Münhen: TK 1629, TK 1633, TK 1635, TK 1637
Münhen – İstanbul: TK 1630, TK 1634, TK 1636, TK 1638
THY sərnişinlərə reyslərində dəyişiklik və ya geri qaytarma üçün şirkətin rəsmi kanallarından məlumat almağı tövsiyə edib.