Bakı, AzerVoice
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın baş naziri Şahbaz Şərifə TOGG avtomobilini hədiyyə edib.
AzerVoice xəbər verir ki, parlament binasında söhbət edən iki lider avtomobilin qarşısında xatirə şəkli çəkdiriblər.
Ərdoğan avtomobilin sükanı arxasına keçən Şərifini sərnişin oturacağında müşayiət edib.
Qeyd edək ki, Türkiyənin ilk elektrikli avtomobili olan TOGG 100 faiz Türkiyə tərəfindən layihələndirilib və bu layihə ölkənin sənaye mülkiyyətinə sahib qlobal marka yaratmaq məqsədi ilə həyata keçirilib.