Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türk Dövlətləri

    Türkiyə və Suriya təhlükəsizlik gündəmini Dəməşqdə müzakirə edib

    22 Dekabr 2025 14:44
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Güler və Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın rəsmi təmaslar üçün Suriyanın paytaxtı Dəməşqə səfər edib.

    AzerVoice xəbər verir ki, məlumata görə, Türkiyə nümayəndə heyəti Dəməşqdə Suriya Prezidenti Şəraa və digər yüksək vəzifəli suriyalı rəsmilərlə görüşlər keçirəcək. Səfər çərçivəsində Türkiyə–Suriya münasibətlərinin son bir il ərzindəki inkişafı siyasi, iqtisadi və təhlükəsizlik aspektləri ilə hərtərəfli şəkildə qiymətləndiriləcək.

    Görüşlərdə Türkiyənin milli təhlükəsizlik prioritetləri baxımından mühüm əhəmiyyət daşıyan 10 mart Mutabakatının icra vəziyyətinin müzakirə olunacağı, həmçinin İsrailin hücumları fonunda Suriyanın cənubunda yaranan təhlükəsizlik risklərinin gündəmə gətiriləcəyi bildirilir.

    Bundan əlavə, Suriyanın İŞİD-lə Mübarizə üzrə Beynəlxalq Koalisiyaya qoşulması kontekstində, terror təşkilatı DEAŞ-ın yenidən aktivləşməsinin qarşısının alınması məqsədilə tərəflər arasında mümkün əməkdaşlıq imkanlarının da müzakirə ediləcəyi gözlənilir.

    Səfər zamanı təhlükəsizlik məsələləri ilə yanaşı, Suriyanın yenidən qurulması istiqamətində ikitərəfli səviyyədə həyata keçirilən layihələr, eləcə də Suriya hökumətinin institusional potensialının gücləndirilməsinə yönəlmiş təşəbbüslər də nəzərdən keçiriləcək.

    Görüşlərdə Türkiyənin Dəməşqdəki səfiri təyin olunan xarici işlər nazirinin müavini Nuh Yılmazın da iştirak edəcəyi qeyd olunur.

    Qeyd edək ki, Əsəd rejiminin devrilməsindən sonra Türkiyə–Suriya münasibətlərində xüsusilə təhlükəsizlik və iqtisadiyyat sahələrində canlanma müşahidə olunur. Tərəflər arasında qarşılıqlı yüksək səviyyəli səfərlər və 3+3 formatında keçirilən görüşlər regional əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətli hesab olunur.

    #Hakan Fidan #Yaşar Gülər #Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) #Suriya #İbrahim Kalın #Dəməşq #Suriya xəbərləri #Suriya münaqişəsi #Türkiyənin Suriya siyasəti #Suriya münaqişəsi və Türkiyənin rolu #Türkiyə-Suriya əməkdaşlığı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyə, ABŞ, Qətər və Misir Miami-də Qəzza üzrə görüş keçirib

    20 Dekabr 2025 16:16

    Türkiyədən İsrail və Yunanıstana F‑35 xəbərdarlığı

    20 Dekabr 2025 13:08

    Türkiyə SDQ-yə Ultimatum verdi

    20 Dekabr 2025 12:37

    ABŞ Suriyada İŞİD-ə qarşı genişmiqyaslı əməliyyat həyata keçirib

    20 Dekabr 2025 09:21

    Türkiyədə İŞİD-ə qarşı əməliyyatlar: 170 şübhəli saxlanılıb

    19 Dekabr 2025 10:02

    Hakan Fidan və Tom Barak Ankarada Suriya və Qəzza məsələlərini müzakirə edib

    16 Dekabr 2025 15:27

    Əsəd və ailəsi Rusiyada lüks, lakin təcrid olunmuş həyat sürür

    16 Dekabr 2025 09:30

    Fidan, İordaniya və Səudiyyə Ərəbistanı həmkarları ilə Qəzza sülh planını müzakirə edib

    15 Dekabr 2025 17:52

    Rusiya–Ukrayna müharibəsində diplomatik dialoq üçün İstanbul əsas mərkəz olaraq qalır - Hakan Fidan

    15 Dekabr 2025 16:05

    Suriyada işimiz əslində indi başlayır - Hakan Fidan

    15 Dekabr 2025 15:00

    Suriyanın Palmira şəhəri yaxınlığında İŞİD-ə qarşı əməliyyat keçirilir

    14 Dekabr 2025 22:32

    Tramp Suriyada ABŞ hərbçilərinin öldürülməsinə münasibət bildirib

    14 Dekabr 2025 10:01
    Demo
    XƏBƏR LENTİ

    İsrailin Qəzzaya hücumlarında həlak olanları sayı 71 minə çatır

    Trend əməkdaşları “Azərbaycan milli mətbuatının 150 illiyi” medalı ilə təltif olunublar

    Azərbaycanı Şanxayda təmsil edəcək kibertəhlükəsizlik komandalarının seçiminə start verilib

    Prezident İlham Əliyev "2026-cı il - “Şəhərsalma və Memarlıq İli" ilə bağlı paylaşım edib

    İran raket proqramının müdafiə xarakterli olduğunu bəyan edib

    Türkiyədən Misirə kimyəvi maddə ixracı 577 milyon dolları keçib (ÖZƏL)

    Türkiyə və Suriya təhlükəsizlik gündəmini Dəməşqdə müzakirə edib

    Sudan ordusu və müttəfiq milis tərəfindən etnik zorakılıq kampaniyası

    Prezident İlham Əliyevin Sərəncamı 76 min aztəminatlı ailəni əhatə edəcək

    Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.