Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Xəbərlər

    Əsəd və ailəsi Rusiyada lüks, lakin təcrid olunmuş həyat sürür

    16 Dekabr 2025 09:30
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice, Fərid Mikayılov

    Rusiyaya qaçan Əsəd ailəsinin Rusiyanın elit təbəqəsinin yaşadığı Rublyovka bölgəsində məskunlaşdığı, lüks, lakin təcrid olunmuş həyat sürdüyü, Əsma Əsədin leykoz xəstəliyini yendiyi, Bəşşar Əsədin isə tibbi biliklərini yeniləmək üçün dərslər aldığı və rus dili öyrəndiyi iddia olunub.

    AzerVoice xəbər verir ki, İngiltərənin The Guardian qəzeti Suriyanın devrilmiş lideri Bəşşar Əsəd və ailəsinin izinə düşüb.

    Qəzetin məlumatına görə, Əsəd ailəsi Rusiyanın paytaxtı Moskvada, yüksək mühafizə olunan və əsasən rus elitasının yaşadığı Rublyovka rayonunda yaşayır və maddi baxımdan heç bir çətinlik çəkmir. Bildirilir ki, Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç də eyni ərazidə məskunlaşıb.

    Məqalədə qeyd olunur ki, Əsəd ailəsi Qərbin sanksiyalarının tətbiq olunduğu 2011-ci ildə maliyyə vəsaitlərini Rusiyaya köçürüb. Bu səbəbdən onların hazırda ciddi maliyyə problemi yoxdur.

    Əsas ixtisası göz həkimi olan Əsədin tibbi biliklərini yenidən aktivləşdirmək üçün dərslər aldığı və rus dilini öyrəndiyi bildirilir. The Guardian-a danışan Əsədə yaxın mənbənin sözlərinə görə, “O, rus dilini öyrənir və oftalmologiya sahəsində biliklərini təzələyir. Moskvanın varlı elit təbəqəsi onun potensial müştəriləri ola bilər.”

    Məqalədə xatırladılır ki, Əsma Əsəd Suriya müharibəsindən əvvəl leykoz xəstəliyinin müalicəsi üçün ailəsi ilə birlikdə Moskvaya gedib. İddiaya görə, o, eksperimental müalicə alıb və xəstəliyi məğlub edib.

    Qəzet yazır ki, Əsəd ailəsi hazırda demək olar ki, tamamilə izolyasiya olunmuş həyat yaşayır və keçmiş Suriya rejimindən çox az sayda şəxslə əlaqə saxlayır.

    Esad ailesi Rusya Moskva Rublyovka Bashar Esad Esma Esad Guardian haberi Suriyanın devrilmiş lideri Bəşər Əsəd Rusiyada yaşayır Rublyovka Rusiya elitasının yaşadığı qorunan məhəllə Esma Esad lösemi müalicəsi eksperimental terapiya Bashar Esad oftalmoloq rus dili öyrənir tibbi biliklərini yeniləyir Qərb sanksiyaları 2011 Esad ailəsi maliyyə vəsaitləri Suriyanın keçmiş rejimi izolyasiya olunmuş həyat

    əsəd ailəsi rusiyada harada yaşayır bashar esad moskvada rublyovka esma esad öldü mü lösemi müalicəsi guardian esad ailesi rusya

    #Rusiya #Moskva #Suriya #Bəşşar Əsəd #Viktor Yanukoviç #Bəşşar Əsəd rejimi #Bəşşar Əsəd rejiminin sonu #Bəşşar Əsəd rejiminin devrilməsi #Suriya devrilmiş lideri #Moskva elit məhəllələri #Moskva Rublyovka rayonu
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Danışıqlarda ciddi irəliləyiş əldə olunub - Kiyev

    6 Fevral 2026 09:47

    Rusiya Kiyev və Xarkovu raket və PUA-larla vurdu - Ukrayna

    5 Fevral 2026 12:51

    ABŞ qüvvələri Suriyanın Həsəkə bölgəsindəki Əl-Şəddadi bazasını tərk edir

    5 Fevral 2026 11:15

    Avropa İttifaqında Rusiya ilə birbaşa danışıqlar çağırışları güclənir

    5 Fevral 2026 09:39

    Azərbaycan ərazisindən Ermənistana Rusiya taxılının növbəti partiyası göndəriləcək

    4 Fevral 2026 16:36

    Azərbaycandan keçməklə Ermənistana göndərilən Rusiya taxılının ümumi həcmi açıqlandı

    4 Fevral 2026 15:50

    Suriya ordusu Həsəkəyə daxil oldu

    2 Fevral 2026 17:20

    25 vaqon Rusiya taxılı Azərbaycandan keçməklə Ermənistana göndərildi

    1 Fevral 2026 15:52

    Macarıstan Ukraynaya yardım etmiyəcək - Orban

    31 Yanvar 2026 13:43

    NATO Rusiya gəmilərini PUA-lar ilə izləməyə başlayıb

    31 Yanvar 2026 11:08

    Tramp ABŞ-də fövqəladə vəziyyət elan etdi

    30 Yanvar 2026 09:09

    Rusiya və BƏƏ liderləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

    29 Yanvar 2026 17:32
    Demo
    XƏBƏR LENTİ

    Niyə Səudiyyə Ərəbistanı İrana qarşı eskalasiyadan imtina edir?

    İran və ABŞ arasında danışıqların yeni raundu razılaşdırıldı

    Qəzza qlobal nizamın sarsılmasının simvoluna çevrilib - Burhanəddin Duran

    MİT Qüds barədə 1909-cu ilə aid tarixi kəşfiyyat sənədini yayımlayıb

    Qəzza üzrə Sülh Şurası iclasının mümkün tarixi açıqlandı

    İordaniya Kralı II Abdullah Türkiyəyə rəsmi səfər edib

    Müəllimi güllələyən şagird həbs edildi

    Şagirdin güllələdiyi müəllim palataya köçürüldü

    Salah Səudiyyə Ərəbistanına gələrsə, Ronaldo gedə bilər

    Ceyhun Bayramov pakistanlı həmkarına zəng edib başsağlığı verdi

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.