Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    ABŞ Suriyada İŞİD-ə qarşı genişmiqyaslı əməliyyat həyata keçirib

    20 Dekabr 2025 09:21
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice, Fərid Mikayılov

    ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Suriyada İŞİD terror qruplaşmasına qarşı həyata keçirilən “Hawkeye” (Şahin Gözü) əməliyyatı çərçivəsində 70-dən çox hədəfin vurulduğunu açıqlayıb.

    AzerVoice xəbər verir ki, əməliyyat dekabrın 13-də Suriyanın Palmira (Tədmur) bölgəsində İŞİD tərəfindən həyata keçirilən və 2-si ABŞ hərbçisi olmaqla 3 ABŞ vətəndaşının həlak olduğu hücuma cavab olaraq icra edilib. Bildirilib ki, əməliyyat ABŞ Prezidenti Donald Trampın göstərişi ilə başladılıb.

    Açıqlamada qeyd olunub ki, ABŞ qüvvələri döyüş təyyarələri, hücum helikopterləri və ağır silahlardan istifadə edərək Suriyanın mərkəzində yerləşən bir sıra mövqelərdə İŞİD-ə məxsus infrastruktur, silah və sursat anbarlarını hədəfə alıb. Əməliyyat zamanı 100-dən çox döyüş sursatından istifadə edildiyi bildirilib. İordaniya Silahlı Qüvvələrinin də döyüş təyyarələri ilə əməliyyata dəstək verdiyi vurğulanıb.

    ABŞ-ın müdafiə naziri Pit Heqset sosial şəbəkə paylaşımında əməliyyatın müharibə elanından çox, “intiqam mesajı” daşıdığını bildirib. O qeyd edib ki, ABŞ vətəndaşlarını hədəf alanlar ABŞ-ın onları tapacağını və məhv edəcəyini bilməlidirlər.

    ABŞ Prezidenti Donald Tramp da mövzu ilə bağlı açıqlamasında İŞİD mövqelərinə qarşı son dərəcə güclü zərbələrin endirildiyini deyib. Tramp Suriyadakı hökumətin əməliyyata dəstək verdiyini bildirərək, “İŞİD aradan qaldırılsa, Suriya parlaq gələcəyə sahib ola bilər” fikrini səsləndirib.

    CENTCOM-un məlumatında vurğulanıb ki, əməliyyatın əsas məqsədi İŞİD-in Suriyadakı hərbi imkanlarını və infrastrukturunu zəiflətməkdir. Komandanlıq əməliyyatda iştirak edən döyüş təyyarələri və helikopterlərin görüntülərini də ictimaiyyətə təqdim edib.

    Qeyd edək ki, dekabrın 13-də Suriyada təkbaşına hərəkət edən bir İŞİD üzvünün təşkil etdiyi hücum nəticəsində 2 ABŞ hərbçisi və 1 ABŞ vətəndaşı həlak olub, daha 3 ABŞ hərbçisi isə yaralanıb.

    #ABŞ #Suriya #İŞİD terror təşkilatı #Dəməşq #Vaşinqton #CENTCOM #ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) #Suriyada İŞİD əməliyyatı #ABŞ ordusunun Suriya əməliyyatı #Yaxın Şərqdə terrorla mübarizə
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Zelenski Trampın ultimatumuna cavab verib - Kifayət qədər kompromis edilib

    14 Fevral 2026 16:36

    ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu artırır

    14 Fevral 2026 15:50

    ABŞ aralıq seçkilərə hazırlaşır

    14 Fevral 2026 09:14

    BMT maliyyə böhranı təhlükəsi ilə üz-üzə qalıb

    13 Fevral 2026 12:43

    Suriyadan İraqa köçürülən minlərlə İŞİD üzvü istintaqa cəlb edilib

    13 Fevral 2026 12:01

    Parlamentdə ABŞ-nin Vitse-prezidentinin Azərbaycana səfəri müzakirə olunub

    13 Fevral 2026 11:58

    Suriya Səudiyyə Ərəbistanı ilə münasibətlərin möhkəmliyini bir daha təsdiqlədi

    12 Fevral 2026 13:06

    İŞİD-in Suriya prezidentinə qarşı sui-qəsd planı ifşa edildi

    12 Fevral 2026 10:58

    NATO Qrenlandiyada mövqeyini gücləndirir

    12 Fevral 2026 10:38

    ABŞ İranla bağlı ikinci aviadaşıyıcının Yaxın Şərqə göndərilməsini nəzərdən keçirir

    12 Fevral 2026 09:59

    ABŞ-ın Suriyadakı hərbi mövqelərində dəyişiklik

    12 Fevral 2026 09:24

    Biz ümumi maraqlar əsasında çıxış edə və bir-birimizlə daha böyük işlər qura bilərik - ABŞ-ın Vitse-prezidenti

    10 Fevral 2026 22:51
    XƏBƏR LENTİ

    Türkiyənin dəri ixracında azalma, İrana satışda artım (ÖZƏL)

    "Kurtlar Vadisi Irak" filmi Avropada niyə qadağan olundu?

    Prezident İlham Əliyevin Belqradda rəsmi qarşılanma mərasimi olub

    Yanvarda Diyarbəkir aeroportunda uçuş və yük göstəriciləri geriləyib (ÖZƏL)

    Türkiyə mebel ixracında Rusiya bazarı zəifləyib (ÖZƏL)

    Prezident İlham Əliyev Serbiyaya rəsmi səfərə gəlib

    Yanvar ayında Türkiyədən Misirə avtomobil ixracı 17 milyon dolları keçib (ÖZƏL)

    Yanvarda Trabzon Hava Limanı 254 mindən çox sərnişin qəbul edib (ÖZƏL)

    Türkiyənin Fransaya sement satışı geriləyib (ÖZƏL)

    Mifologiyadan rəqəmsal dünyaya uzanan satanizm simvolu

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.